3042
04 Jan 2023 | 07:34

"Problemlərə fokuslanma, otur, əlindəki nemətləri düşün, onlardan danış və şükür et..."

"Ola bilsin ki, o qəlbin milyonluq sərvəti yoxdur, amma o sərvət sahiblərindən də böyük qəlb rahatlığı və huzuruna sahib olacaq. Bəzilərinin həsrətində olduğu o qəlb rahatlığı…"
 
Yaradan çox Mərhəmətli və Ucadır. Bu qədər neməti bəxş edən Əzəmətli bir varlığa bunun qarşılığı olaraq təşəkkür etməmək, nankorluqdan başqa bir şey deyil…
 
Bu səbəblə də, Rəbbimiz bizi tərbiyə edərək Onu yad etməyə, Ona şükür etməyə çağırmışdır. Bunun qarşılığında isə bəxş etdiyi nemətlərin sayını daha da artırmağa davam edir…
 
Şükür sayəsində insan neqativ həyatdan və narazı auradan qurtulmuş olur. Daha pozitiv, daha müdrik olur, habelə, qəlbində inanılmaz bir rahatlıq meydana gəlmiş olur. Bu, onun həyatının hər anına və gələcək həyatına da təsir edir... Bərəkət də məhz buna deyilir. Ucalıq və Əzəmət sahibi Allaha, bəxş etdiyi saysız-hesabsız və olduqca dəyərli olan nemətlərin müqabilində şükür etməyin vacibliyi haqda O, belə buyurmuşdur:
 
“Və Rəbbinin sənə olan nemətindən danış!”
Yəni, problemlərə fokuslanma, otur, əlində olan nemətləri düşün, onları xatırla, onlardan danış və şükür et.
 
Başqa bir ayədə isə, belə buyurur: “Belə olduqda siz Məni xatırlayın ki, Mən də sizi yada salım! Mənə şükür edin, Məni danmayın!” (Bəqərə, 152)
 
Yəni, xoş günündə Onu yada salaraq zikr et ki, problemin olduqda da O, sənin dualarını qəbul etsin... Yəni Məni itaət, ixlas və sevgi ilə xatırlayın ki, Mən də sizi xatırlayım. Yəni sizi daha yüksək dairələrdə tərif sahibi edim, hidayətə çatdırım, dünyada xeyir içində yaşadım, axirətdə isə mərhəmət göstərim.
 
 
Allahı çoxlu zikr etmək qəlbi Ona bağlı edir. Ona bağlı qəlb isə, xoşbəxt olur. Ola bilsin ki, o qəlbin milyonluq sərvəti yoxdur, amma o sərvət sahiblərindən də böyük qəlb rahatlığı və huzuruna sahib olacaq. Bəzilərinin həsrətində olduğu o qəlb rahatlığı…
 
Bu səbəblə də Uca Allah, Onu çox zikr etməyi əmr edir. Quluna faydası var deyə... Özünün heç bir tərif və ya şükrə ehtiyacı yoxdur. Əgər qul, Allahın möcüzələri və saysız nemətlərinə diqqətlə nəzər yetirərsə, qəlbini qorxu bürüyər və Rəbbinə üz tutar. Uca Allah belə buyurur:
 
“Sizə gələn hər bir nemət Allahdandır. Sonra sizə bir müsibət üz verdikdə Ona yalvarıb-yaxarırsınız!” (Nəhl, 53)
 
 
 
Süleyman peyğəmbər Bəlqisi, taxtının yanında görərkən dediyi sözlər çox dəyərlidir:
 
“Bu, Rəbbimin lütfündəndir. Məni imtahana çəkməyi üçündür ki, şükür edəcəyəm, yoxsa nankor olacağam! Kim şükür etsə, yalnız özü üçün şükür edər; kim nankor olsa, həqiqətən, Rəbbim möhtac deyildir, kərəm sahibidir!” (Nəml, 40)
 
(Davamı var)
 
İslamevi.az
Link kopyalandı!
Son xəbərlər