"Sən zibilsən, sən ibnəsən, lənətə gələsən, bizim döyüşməyə mərmilərimiz yoxdur, daha nə deyək, haradasan, bizə kömək et..."
"Mən uşaqların yanına yollandım, burada ukraynalı millətçiləri görmüsünüzmü, mən görməmişəm..."
Vaqnerçilər Rusiyanın Baş Qərargah rəisini söyüb
Baxmut yaxınlığında olan rusiyalı hərbçilər Rusiyanın Baş Qərargah rəisinə videomüraciət ünvanlayıb. Müraciətdə söyüş formasında onlara mərmi verilməsi tələb edilir.
Moderator.az xəbər verir ki, bu barədə "ukranews" nəşri yazıb.
"Baş Qərargan rəisinə: sən ibnəsən, lənətə gələsən. Bizim döyüşməyə heç nəyimiz yoxdur, mərmilərimiz yoxdur. Orada oğullar bizə görə həlak olur, biz isə burada oturub qalmışıq, kömək edə bilmirik. Bizə mərmilər lazımdır, biz hamının nəfəsini kəsmək istəyirik. Biz Baxmut yaxınlığında bütün Ukrayna ordusuna qarşı döyüşürük. Haradasan, nəhayət, bizə kömək et. Sənə daha nə deyək, sən zibilsən, ibnəsən".
Bu videoçarx dekabrın 26-da axşam sosial şəbəkələrdə geniş yayılıb. Danışanların birində "Vaqner qrupu" özəl hərbi şirkətinin nişanı görünür.
"Hərbi icmal" jurnalı bəyan edib ki, bu videoyazı "Ukrayna millətçiləri"nin təxribatıdır.
Bu gün vəziyyəti aydınlaşdırmaq üçün hərbi şirkətin rəhbəri Yevgeni Priqojin hərbçilərin mövqelərini ziyarət edib.
"Uşaqların yanına yollandım. Siz burada ukraynalı millətçilərdən kimisə görmüsünüzmü? Mən görməmişəm. Bizim və onların da başlıca vəzifəmiz gedib Baxmutu götürməkdir. Düşünürəm ki, Baxmutun ələ keçirilməsinə bir şey qalmayıb", - bunu Priqojin səs yazısında deyib və onu "Konkord" şirkətinin mətbuat xidməti dərc edib.
Həmçinin "İnsayder" nəşrinin dərc etdiyi videoda Priqojin muzdlularla salamlaşır və onların məişət şəraiti ilə maraqlanır.
Bundan öncə bəlli olub ki, Priqojinin hərbi birləşməsi Şimali Koreyadan silah alıb. ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbinin sözlərinə görə, vaqnerçilər tankəəleyhinə raketlər və mərmilər alıb. Nədən bu silahlar cəbhəyə gedib çatmadığı bəlli deyil.
Amerikanın müharibənin öyrənilməsi İnstitutu ( ISW) analitiklərinin fikrincə, Priqojin öz təsirini gücləndirmək üçün rusiyalı hərbçiləri çayışmayan vasitələrlə təmin etmək üçün bütün paralel hərbi qurumlarını işə salıb.