Hikmət Hacıyev Araz çayı üzərindəki Ağbənd–Kəlalə körpüsündən paylaşım etdi - VİDEO
573
18 Nov 2025 | 19:27

Hikmət Hacıyev Araz çayı üzərindəki Ağbənd–Kəlalə körpüsündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Araz çayı üzərindəki Ağbənd–Kəlalə körpüsünün yeni görüntülərini paylaşıb.

Bizim.Media xəbər verir ki, Hikmət Hacıyev paylaşımı rəsmi "X" hesabında edib.

"Zəngəzur Dəhlizi - Araz çayı üzərindəki Ağbənd–Kəlalə körpüsündə.

Əsas beynəlxalq nəqliyyat arteriyalarını birləşdirən mühüm mərkəz və kəsişmə nöqtəsi: Şanxaydan Londona qədər uzanan Şərq–Qərb marşrutu, həmçinin Hind okeanını Şimal dənizi ilə, Fars körfəzini isə Qara dənizlə birləşdirən Şimal–Cənub və Cənub-Qərb marşrutları".
 


Bizim.Media

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər