"Böyük Britaniya Avropa İttifaqına dönəcək, bundan sonra Avropa İttifaqı dağılacaq və avro yox olacaq..."
"Polşa və Macarıstan "keçmiş Ukraynanın qərb vilayətlərini zəbt edəcək..."
"Almaniyada Dördüncü reyx yaranacaq və satellitləri ona qoşulacaq..."
"ABŞ-da vətəndaş müharibəsi baş verəcək, Kaliforniya və Texas müstəqil olacaq..."
Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev "gözlənilməz və cəfəng" proqnozlara qoşulmaq və 2023-cü il üçün proqnoz vermək qərarına gəlib.
Moderator.az xəbər verir ki, bu barədə o, özünün "Telegram-kanal"ında yazıb. Məlumatı "Moskovski komsomolets" nəşri yayıb.
Kreml "öncəgörən"inin fikrincə, neftin qiyməti bir barrelə görə 150 dollara, qazın qiyməti bir kub metrə görə 5 min dollaradək artacaq.
Bundan başqa, Böyük Britaniya Avropa İttifaqına dönəcək, bundan sonra Avropa İttifaqı dağılacaq və avro valyuta kimi yox olacaq. Şimali İrlandıya Birləşmiş Krallığın tərkibindən çıxacaq.
Rusiyalı məmurun fikrincə, Avropanın özündə əsaslı dəyişikliklər baş verəcək.
Polşa və Macarıstan "keçmiş Ukraynanın" qərb vilayətlərini zəbt edəcək. Almaniyada isə, guya, Dördüncü reyx yaradılacaq. Ona satellitləri qoşulacaq, bu sırada Medvedev Polşa, Baltikyanı ölkələr, Çexiya, Slovakiya, Rumıniya və "Kiyev respublikası"nı aid edib. Bütün bu ölkələri Rusitanın sabiq prezidenti marginallar adlandırıb.
Rusiyalı məmurun fikrincə, yeni Reyx Fransaya qarşı müharibəyə başlayacaq və hər şey Avropanın, o cümlədən Polşanın bölünməsi ilə nəticələnəcək.
Medvedev ABŞ-da vətəndaş müharibəsini, Kaliforniya və Texasın müstəqilliyini proqnozlaşdırıb. Sonuncu Meksika ilə İttifaq dövləti yaradacaq.
Müharibədən sonra, guya, ştatlar partiyalarla bağlı olacaq. "Respublika" ştatının prezidenti milyardçı İlon Mask olacaq.
Rusiyalı siyasətçinin sözlərinə görə, maliyyə fəallığı və iri fond meydançaları ABŞ və Avropadan Asiyaya köçürüləcək.
Həmçinin o, Bretton-Vud maliyyə sisteminin, o cümlədən Beynəlxalq Valyuta Fondu və Dünya Bankının iflası və dünyanın ehtiyat valyitası kimi avro və dollardan imtina edilməsini proqnozlaşdırıb.
Medvedev qızıl standartlarının qayıdışını və rəqəmsal fiat valyutalarından fəal istifadəni qeyd edib.
Qeyd etmək lazımdır ki, öz proqnozlarında Medvedev Rusiyanın adını çəkməyib. Öz vətəni üçün o, proqnoz verməkdən vaz keçib.
İlon Mask yazıb ki, bu, onun nə zamansa eşitdiyi "ən cəfəng proqnozlardır" və "süni intellektin və davamlı energetikanın inkişafı barədə heyrət doğuran məlumatsızlığı" nümayiş etdirir.