Volkovun müavini
Ekskluziv
4465
26 Dec 2022 | 19:57

Volkovun müavini "Artsax"ın "pasport-buraxılış" məntəqəsində haylarla danışıq aparır...-VİDEO

Xəbər verdiyimiz kimi, Ermənistandan bir qrup erməni "Laçın yolunun açılması" tələbi ilə Gorus-Laçın yoluyla Azərbaycanın dövlət sərhədinə doğru yürüş ediblər.
 
Moderator.az xəbər verir ki, erməni teleqram-kanallarının yaydığı məlumata görə, üzdəniraq yürüşçülər hazırda Laçın rayonu ərazisindəki "sülhməramlı"larla danışıqlar aparırlar.
"Ermənistandan Qarabağa gedən vətəndaşların 5 nümayəndəsi hazırda Rusiya sülhməramlı kontingentinin komandanının müavini ilə danışıqlar aparır. Vətəndaşların nümayəndələri Laçın dəhlizinin azərbaycanlılardan təmizlənməsini və sərbəst hərəkətə təminat verilməsini tələb edirlər" -xəbərdə belə deyilir.
 
Zəruri şərh:
Diqqətçəkən cəhət odur ki, Rusiya "sülhməramlı"larının komandan müavini, yəni 15 gündür Xankəndi-Şuşa yolundakı Azərbaycan eko-fəallarının qarşısına çıxmayan general Andrey Volkovun müavini Ermənistandan gələn hayklarla özlərinin nəzarət buraxılış məntəqəssində yox, qondarma separatçı-terrorçu rejimin Azərbaycan Respublikasının dövlət sərhədindəki qanunsuz "pasport-nəzarət" məntəqəsində aparır.  Və bu, artıq həmin qurumun Rusiya hakimiyyəti tərəfindən faktiki olaraq tanınmasını  təsdiqləyən daha bir məqamdır...

 

Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər