Bizi sosial şəbəkələrdən izləyin:
"Ermənistan Laçın koridorunda yaranan durumu təkrar BMT-nin Təhlükəsizlik şurasına daşımaq istəyini elan etmişdir, Üç ölkənin XİN rəhbərlərinin Moskvada nəzərdə tutulan görüşünə Ermənistan XİN rəhbəri Ararat Mirzoyanın getməməsi də göstərir ki, Ermənistan buradaki durumun daha da dərinləşməsinin tərəfdarıdır və məsələnin müzakirəsindən qaçmaqla yeni hədəflərinə çatmaq istəyir. Yeni hədəf nədir?"
Bunu Moderator.az -a ermənişunas alim Qafar Çaxmaqlı son günlər ermənilərin Laçın koridorunda yaratdığı vəziyyəti şərh edərkən deyib:

"Zənnimcə, Ermənistan BMT-nin sülhməramlılarından ibarət kontingentin bölgəyə göndərilməsində maraqlıdır və buna nail olmaq üçün Rusiya sülhməramlılarının fəaliyyətsizliyi fikrini yaratmağa çalışır. Lavrov da Bayramovla görüşündə bu detala işarə etmişdir və Ermənistanın BMT- yə təkrar müraciətinə öz etirazını açıq bildirmişdir. Xankəndidə erməni separatçılarının düzənlədiyi mitinqdə səsləndirilən fikirlərdən belə bir nəticə hasil olur ki, burada yaşayan əhali Azərbaycana tabe olmaq istəmir. Ruben Vardanyanın öncüllüyündə bu müqavimətin təşkil edilməsi də bəlli məqsədlərdən qaynaqlanmaqdadır. Onun buradakı fəaliyyəti məsələni gərginləşdirmək cəhdləridir, bunlar qəsdən edilir. Diqqəti Qarabağda yaşayan ermənilərin haqlarına yönəltmək və onların “problemlərinin“ həll edilməyi alqısı yayartmaqdan ibarətdir. Məqsəd bu məsələnin Azərbaycanın daxili işi olmadığı fikrini beynəlxalq səviyyədə təsdiq etdirməkdir. Haqlı olaraq son Bayramov- Lavrov görüşündə Vardanyanın buradakı rolu zərərli olaraq qiymətləndirilmiş, bu şəxsin Qarabağdan uzaqlaşdırılması məsələsi müzakirə edilmişdir. Rusiya iddia edir ki, Vardanyanın ona dəxli yoxdur. Amma Ermənistanda hesab edirlər ki, Vardanyanı qəhrəmanlaşdırmaq xətti yeridilir və deyilir ki, Vardanyanın buraya göndərilməsi Ermənistanla razılaşdırılmadığından bu ölkə rəhbərliyi onun radikal çıxışlarımna da cavabdeh deyildir. Amma fakt odur ki, Vardanyan hardansa tapşırıq alır, ehtimal ki, onun arxasında həm Ermənistan və həm də Rusiya dərin dövləti dayanmaqdadır. Onun qəhrəmanlaşdırılması indiki halda ermənilərin lehinə işləyir. Bu adam faktiki olaraq Azərbaycana meydan oxumaqdadır, yeni qanlar tökülməsindən də çəkinməyəcək dərəcədə irəli getmişdir. İndiki halda ermənilər qan tökülməsinə gedərək sorunu daha da beynəlmiləlləşdirmək istəyirlər. Laçin yolunda ekoaktivistlərin aksiyalarını dünyaya “blokada”, “humanitar fəlakət” kimi təqdim edən erməni separatçıları önəmli ölçüdə beynəlxalq dəstək də aldılar. Çağırışlar oldu, BMT-də gündəmə gətirildi, məsələnin kökündə nəyin olduğunun fərqinə varmadan bəzi ölkələr Azərbaycana çağırılşlar etdilər ki, koridoru açsın. Halbuki, koridor bağlı deyildi və buradan humanitar yüklər, ərzaq və başqa gündəlik tələbat mallları maneəsiz daşınmaqdaydı.
Son saatlarda Ermənistan qaynaqlarından Rusiya sülhməramlılarının aksiyalara son verəcəyi və yolun açılacağı barədə yaydıqları məlumatlar da ona hesablanıb ki, Qarabağ erməniləri bu işdə dirəndilər və nəhayət istəklərinə nail olmaq ərəfəsindədirlər. Vardanyan da, digər separatçı liderlər də bunu “qələbə “ kimi qələmə verməyə hazırlaşırlar. Onun arzusunu gözündə qoymaq üçün Azərbaycan bu yolda nəzarət buraxılış məntəqəsinin qurulmasına nail olmalıdır. Tələblərimizdən bir addım belə geriyə yol yoxdur. Lazım gələrsə, Vardanyanın istədiyi “qanı“ da ona vermək lazımdır. Dünya da bilməlidir ki, Qarabağdakı istənilən durumu həll etmək Azərbaycan dövlətinin müstəsna hüququdur, daxili işidir və onu istədiyi metodlarla çözmək isə dövləti borcudur. Xalqın da tələbidir. Biz ölkəmizin ortasında dövlətimizi təhdid edən separatizmi aradan qaldırmalıyıq. Məncə artıq antiterror əməliyyatlarına başlamağın vaxtı çatmışdır."