"Putin nasist diktatorun vəziyyətinə düşüb..."
"Rusiya lideri ukraynalıların dəyanəti barəsində səhvə yol verib..."
"Putin uzun illər yatırım etdiyi siyasi qüvvələrin Avropa İttifaqı dövlətlərində hakimiyyətə gələcəyinə ümid edir..."
"Biz bir olmalı, amerikalılarla əlaqəli hərəkət etməli, Ukraynaya dəstək verməliyik..."
Avropa Komissiyasının vitse-prezidenti Frans Timmermans Rusiya prezidenti Vladimir Putini Adolf Hitlerlə müqayisə edib. Avropalı məmur hesab edir ki, Rusiya prezidenti nasist diktatorun vəziyyətinə düşüb.
Moderator.az xəbər verir ki, bu barədə "Obozrevatel" nəşri yazıb.
"Putin artıq uduzub. O, ukraynalıların dəyanəti barədə səhvə yol verib. Daha heç kim ona korrupsiyaya uğramış zabitlərinin dağıtdığı ordusu barəsində tam həqiqəti deməyə cəsarət etmir", - Timmermans hesab edir.
O, xatırladıb ki, "Hitler də müharibəni 1943-cü ildə uduzub, amma müharibə hələ iki il də davam edib".
Avropa Komissiyasının vitse-prezidenti xatırladıb ki, döyüş əməliyyatları bitənədək hələ çox hadisələr baş verə bilər.
"Putin hələ uzun müddət xaos törədə bilər. Məhz buna görə də energetika infrastrukturunu bombalamaqla insanları elə səfalətə sürükləmək istəyir ki, milyonlarla adam Avropaya qaçıb getsin", -Timmermans proqnoz verib
O, həmçinin hesab edir ki, Ukraynanın energetika infrastrukturunu məhv etməklə Putin daha bir məqsədinə çatmaq istəyir.
"O, energetika və miqrasiyadan bizə qarşı silah kimi istifadə edir. O, bilir ki, biz həssasıq və bu iki məsələ bizi bir-birimizdən ayıra bilər.
Bu, ona uzun illər yatırım etdiyi siyasi güclərin Avropa İttifaqının üzv-dövlətlərində daha çox siyasi hakimiyyətə nail olacağına ümid verir", - avropalı məmur fikirlərini bölüşüb.
Rusiyanın belə taktikasına biz bir şeylə-birliyimizlə müqavimət göstərə bilərik.
Timmernans əmindir ki, Rusiyanın siyasi kursunu yalnız "Qərbin döyüş meydanında hadisələrin necə inkişaf etməsindən asılı olmayaraq təslim olmayacağını anlamağı" dəyişə bilər.
"Putin və Lavrov cəbhədə çatların yarandığını düşünməyə başlayanda, onlar daha uzun müddətə dayana biləcək.
Biz öz sıralarımızı möhkəmləndirməli, fəaliyyətimizi amerikalılarla koordinasiya etməli və Ukraynaya silah və maliyyə ilə dəstək verməliyik", - vitse-prezident xatırladıb.