Rusiya prezidenti üç səbəbdən ənənəvi illik böyük mətbuat konfransını təxirə salıb...
3561
25 Dec 2022 | 10:48

Rusiya prezidenti üç səbəbdən ənənəvi illik böyük mətbuat konfransını təxirə salıb...

 "Böyük mətbuat konfransı ləğv edilməyib, təxirə salınıb"
 
"Putinin bircə qələbə raportu belə yoxdur, xarici auditoriya qarşısında isə qorxu hissi keçirir..."
 
"Putinin maksimum edə biləcəyi Ukraynada ölən əsəgərlərinin siyahısını oxumaqdır..."
 
"Amerikanın "Patriot" sistemləri Ukraynanın həlledici obyektlərini qoruyacaq..."
 
"Müharibəni qələbə ilə dayandırmaq üçün Ukrayna NATO-nun üzvü olmalıdır və buna hüquqi maneə yoxdur..."
 
"NATO təkcə hərbi blok deyil, həm də azad ölkələrin blokudur, biz siyasi və iqtisadi islahatlarımızla onun meyarlarına uyğun gəlməliyik..."
 
Rusiya prezidenti üç səbəbdən ənənəvi illik böyük mətbuat konfransını təxirə salıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "QORDON" internet nəşrinin təsisçisi Dmitri Qordona müsahibəsində 2014-2016-cı illərdə Ukraynanın baş naziri olmuş, "Xalq Cəbhəsi" partiyasının lideri Arseni Yatsenyuk bəyan edib.
 
"Birincisi, Putinin bircə qələbə raportu belə yoxdur. Ona görə də bütün Rusiyanın alqışlaya biləcəyi üçün deməyə sözü yoxdur...Onun maksimum edə biləcəyi Ukraynada ölən əsgərlərinin siyahısını oxumaqdır. Düşünürəm ki, bu, bütün Rusiya xalqı üçün parlaq mətbuat konfransı olardı", - o, güman edib.
 
İkinci səbəb işğalçı ölkə rəhbərinin belə mətbuat konfranslarına xarici media nümayəndələri də gəlir.
 
"Onlar xarici mətbuatı Rusiyadan tam sıxışdırıb çıxara bilməyib. Və Rusiyanın Ukraynada törətdiyi və iflasa uğrayan cinayətləri fonunda xarici mətbuat onun bir yerinə alman xaçını həkk edəcək", - o, buna əmindir.
 
Yatsenyukun fikrincə, xarici KİV-lərin ona ünvanlayacağı suallara Putinin cavabları yoxdur. O, mətbuat konfransını ləğv etməyib, təxirə salıb.
 
"Bu, onunla bağlıdır ki, onların öz planları var, onlar özləri üçün nəsə düşünür. Belarusa səfər, əlavə səfərbərlik, hansısa avadanlığı aldıqları Şimali Koreya ilə münasibətlər, İran və başqaları-bunlar Putinə kömək üçün yaradılan şər oxudur", - o, Kremlin niyyətlərini izah edıb və ümid edib ki, bu niyyətlər baş tutmayacaq.
 
"Mən düşünürəm ki, Putinin mətbuat konfransını təxirə salmasının səbəbləri bunlardır: birincisi, öz xalqına deməyə sözü yoxdur. İkincisi, xarici auditoriya qarşısında qorxu hissi. Üçüncüsü, o, hansısa hadisələri gözləyir, amma onlar, ümid edirəm ki, Rusiyanın deyil, Ukraynanın xeyrinə cərəyan edəcək", - Yatsenyuk deyib.
 
Daha sonra o, ABŞ-ın Ukraynaya tədarük edəcəyi "Patriot" komplekslərindən danışıb. O, deyib ki, bu komplekslər Ukraynanın həlledici obyektləri üzərində səmanı bağlamaq üçün lazımdır. Bu, hava hücumundan müdafiənin ən yüksək, 4-cü dərəcəsidir və tamamilə təkmildir.
 
Düşünürəm ki, burada iki məqdəd var. Birincisi, Ukraynaya kömək etmək. İkincisi, tez ya gec, Ukrayna NATO-nun üzvü olacaq. Və əgər Ukraynanın "Patriot" sistemləri olarsa, bu, NATO üzvü olan bütün ölkələrin məkanının təhlükəsizliyini Rusiyanın mümkün hücumlarından, o cümlədən qitələrarası raketlərlə hücumlarından qoruyacaq. Çünki "Patriot" həm də ballistik raketləri vura bilir", - Yatsenyuk deyib.
 
Onun sözlərinə görə, Amerikanın zenit-raket kompleksləri Rusiyanın Ukrayna ərazisinə güclü raket zərbələri endirmək planlarını pozacaq.
 
"Patriot" Ukraynanın həlledici obyektləri üzərində səmanı bağlaçaq üçün lazımdır. Çünki ölkənin səmasını onlarla büsbütün bağlamaq çətin olacaq. Lakin bu, Rusiyaya çox ciddi zərbə və Ukraynanın çox ciddi müdafiə edilməsidir", - o, vurğulayıb.
 
Daha sonra sabiq baş nazir Ukraynanın NATO-ya üzvlüyündən danışaraq qeyd edib ki, belə perspektivi Rusiya ilə müharibənin bitməsindən və Ukraynanın bütün ərazilərinin işğaldan azad edilməsindən öncə real hesab edir. O, deyib ki, müharibəni qələbə ilə dayandırmaq üçün Ukrayna NATO-nun üzvü olmalıdır.
 
Kissincerin məlum məqaləsinə də toxunan Yatsenyuk deyib:
"Bu məqalədə mən yalnız bir tezislə razıyam ki, Ukrayna NATO-nun üzvü olmalıdır. Qalan fikirlərli mən qəbul etmirəm və razı deyiləm".
 
Bununla əlaqədar olaraq o, Zelenskinin 10 bənddən ibarət sülh planını dəstəkləyib, bütün bəndlərlə razı olduğunu bildirib, yalnız birindən başqa: orada Ukraynanın NATO üzvlüyü deyil, təhlükəsizlik zəmanətləri qeyd edilib.
 
Onun fikrincə, Ukrayna NATO-nun üzvü olmasa, təhlükəsizlik zəmanətləri indiki mərhələdə sıfra bərabərdir.
 
"Bizim Qərb tərəfdaşlarımız, nəhayət, anlamalıdır ki, Ukrayna üçün və onların özləri üçün Ukraynanın dərhal NATO-nun üzvü olmaqdan başqa həll yolu yoxdur", - o, əlavə edib.
 
"Müharibəni dayandırmaq və onu udmaq müxtəlif anlayışlardır. Müharibəni  qələbə ilə dayandırmaq Ukraynanın NATO-ya üzv qəbul etməkdir", - o, bəyan edib.
 
"Belə olduqda Kiyevin nəzarətində olan Ukrayna ərazisi Alyansın müdafiəsi altında olacaq, qalan ərazilərimizi özümüz azad edəcəyik", - Yatsenyuk hesab edir.
 
"Bəs, axı, Ukrayna öz sərhədlərini bərpa etməyincə, onu NATO-ya qəbul etməyəcəklər?" - Qordon sual edib.
 
"Mən buna əmin deyiləm. Hüquqi cəhətdən bunu edə bilərlər, Alyansın təsisedici sənədlərində belə bir bənd yoxdur. Siyasi cəhətdən ola bilər. Amma hüquqi cəhətdən maneə yoxdur. Mən bunu gerçək perspektiv hesab edirəm.
 
Hər şey cəbhədə vəziyyətin necə inkişaf edəcəyindən asılıdır, nə qədər çox qələbə qazansaq, ordumuz güclənəcək, daxilən güclü olacağıq. NATO təkcə hərbi blok deyil, həm də azad ölkələrin blokudur. Ölkədə aparılan syasi və iqtisadi islahatlar NATO-nun meyarlarına uyğun olmalıdır və bunlar NATO üzvü olmaq perspektivlərini gücləndirir".
Link kopyalandı!
Son xəbərlər