"Çin hakimiyyətinin məlumatına görə, əhalinin 90 faizindən çoxu peyvənd alıb, müstəqil ekspertlər vaksinlərin səmərəliliyini şübhə altına alıb..."
"Müstəqil analitiklər Çində sutka ərzində bir milyon adamın koronavirusa yoluxduğunu, 5 min nəfərin dünyasını dəyişdiyini iddia edir..."
Dekabrın əvvəlindən Çin əhalisinin dörddə bir milyardı "Covid-19"-a yoluxub, bu da ölkə əhalisinin 18 fazini təşkil edir.
Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi ÇXR-in səhiyyə üzrə Milli komissiyasının qapalı məlumatlarına istinadən məlumat yayıb.
Bu məlumatlara görə, təkcə bir gün-dekabrın 20-də koronovirusa 37 min adam yoluxub.
Bu, rəsmi statistikaya görə gün ərzində 3049 yoluxma hallarından dəfələrlə çoxdur.
Bu günlərdə müstəqil analitiklər Çində gün ərzində təxminən bir milyon adamın yoluxduğu qənaətindədir.
Onların sözlərinə görə, sutka ərzində koronavirusdan təxminən 5 min adam danyasını dəyişir.
Dekabrın əvvəlində Çin onilliklər ərzində ən böyük etirazlar fonunda koronovirusa qarşı məhdudiyyətləri yumşaltmağa başlayıb.
Bu da immuniteti aşağı olan insanlar arasında "omikron" ştammının yayılmasına gətirib çıxarıb, "Bloomberg" yazır.
Pekinin və Çinin cənub-qərbində yerləşən Sıçuan əyaləti sakinlərinin yarıdan çoxu yoluxub.
Çin hakimiyyətinin məlumatlarına görə, əhalinin 90 faizdən çoxu peyvənd alıb.
Lakin əsas risk qrupuna aid olan yaşlı insanlar arasında peyvəndlənmə 50 faizdən aşağıdır.
Bu zaman müstəqil ekspertlər Çində tətbiq edilən vaksinlərin səmərəliliyini şübhə altına alıb.