Azərbaycanda vərəmə yoluxanların sayı AZALIB – RƏSMİ
303
12 Nov 2025 | 12:04

Azərbaycanda vərəmə yoluxanların sayı AZALIB – RƏSMİ

Azərbaycanda vərəm xəstəliyinə yoluxma göstəricilərində azalma müşahidə olunur.

Bizim.Media xəbər verir ki, bu barədə "Report.az"a Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundan məlumat verilib.
 

Bildirilib ki, bu ilin ilk 10 ayı ərzində 1743 nəfərdə vərəm xəstəliyi aşkarlanıb. Ötən ilin eyni dövründə isə bu göstərici 2116 nəfər təşkil edib.


"Vərəmə qarşı profilaktik tədbirlərin gücləndirilməsi və erkən diaqnostika imkanlarının genişlənməsi bu azalmaya müsbət təsir göstərib", - məlumatda qeyd olunub.

Bizim.Media

Link kopyalandı!
Son xəbərlər