Putin dünyanı yeni nüvə silahı ilə təhdid edir...
"Sarmat" raketi 15-dək nüvə döyüş başlığı daşıya bilər, bu da sovet sələfindən 5 başlıq çoxdur..."
"Yeni raket hipsəsli döyüş sursatı daşıya bilər, bu da onu qanadlı raketlərin buraxılışı üçün playformaya çevirir..."
"Bir aydan sonra "Sirkon" müasir hipersəsli raketlərə təchiz edilən ilk hərbi gəmi istismara veriləcək..."
Rusiya prezidenti Vladimir Putin yeni nüvə "oyuncağı" ilə oynayır. O, yaxın zamanlarda nüvə silahı daşımağa qadir olan yeni qitələrarası ballistik raketlərin "döyüş növbətçiliyi"nə çıxacağı barədə elan edib.
Moderator.az xəbər verir ki, bu barədə Rusiya lideri müdafiə nazirliyinin geniş kollegiya iclasında bəyan edib. Məlumatı "The New York Times" qəzeti yayıb.
Rusiyada "RS-28 Sarmat", NATO tərəfindən "Şeytan II" adlandırılan raket 15-dək nüvə döyüş başlığı daşıya bilər, bu, onun sovet sələfi R-36 "Voyevoda" ("Şeytan I") ilə müqayisədə 5 başlıq çoxdur. Başqa sözlə desək, bir yeni "Şeytan" raketi nisbətən yaxında olan 15-dək hədəfi nəzəri cəhətdən məhv edə bilər.
Qorxulu yeni silah, Putinin sözlərinə görə, Kremlin nüvə arsenalını yeniləməlidir, maye yanacaqla işləyir və superağır kateqoriyaya aiddir.
Rusiyanın hərbi istehsalçılarının iddiasına görə, "Sarmat" raketinin konstruksiyası buraxılış zamanı daha qısa "sürətvermə fazası" və yeni trayektoriyaları nəzərdə tutur, bunlar da, Kremlin sözlərinə görə, termonüvə müharibəsi zamanı Amerikanın raketəleyhinə müdafiəsi tərəfindən ələ keçirilməsini çətinləşdirir.
Rusiya tərəfinin məlumatına görə, raket öz başlığında həmçinin hipersəsli döyüş sursatı daşıya bilər, bu da faktiki olaraq qitələrarası ballistik raketi qanadlı raketlərin buraxılışı üçün platformaya çevirir.
Bundan öncə məlumat verildiyi kimi, iyun ayının sonunda Putin "Sarmat" qitələrarası ballistik raketin uğurla sınaqdan keçirildiyi" barədə bəyan edib, bundan iki ay öncə isə, aprel ayında "Sarmat" "qatı aqressiv ritorika ilə Rusiyaya hədə-qorxu gələnləri düşünməyə vadar edəcəyi" ilə təhdid edib.
Kollegiya iclasında Putin Silahlı Qüvvələrə Ukraynada müharibədə tələb edilən hər şeyi təqdim edəcəyini vəd edib.
"Mən bəyan edirəm ki, bizim maliyyə baxımından heç bir məhdudiyyətimiz yoxdur. Ölkə, hökumət orduya istədiyi hər şeyi verir".
Putin həmçinin məlumat verib ki, Rusiya daha çox hipersəsli silah yerləşdirməyi planlaşdırır, bu zaman qeyd edib ki, "Sirkon" müasir hipersəsli raketlərlə təchiz edilən ilk hərbi gəmi bir aydan sonra istismara veriləcək.
"Kreml təcavüzkarı vəd edib ki, Rusiyanın hərbi sənayesi silan istehsalını artıracaq və vurğulayıb ki, Rusiya bunu ölkənin resurslarını tükəndirmədən və iqtisadiyyata ziyan vurmadan edə bilər", - qəzet yazır.
Nəşr yazır ki, Putin yeni silahla Zelenskinin Vaşinqtona əlavə 45 milyard dollarlıq yardım və 1, 85 milyard dollarlıq silah, o cümlədən çoxdan gözlənilən "Patriot" komplekslərini almaq üçün səfər etdiyi gün təhdid edib.
Yeri gəlmişkən, Kreml dərhal Amerika komplekslərinin Ukrayna ərazisinə düşən kimi rusiyalı hərbçilər üçün "qanuni hədəf" olacağı, Ukraynaya tədarük edilən silahların çeşidinin genişlənməsinin "Rusiyanın öz məqsədlərinə nail olmağa mane ola bilməyəcəyi" ilə hədə-qorxu gəlib.
Bundan başqa, iclasda Şoyqu ölkənin Silahlı Qüvvələrini 30 faiz artıraraq indiki 1, 15 milyondan 1, 5 milyon əsgərədək artırmaq planını açıqlayıb.
Kreml əvvəllər öz Silahlı Qüvvələrinin sayının kifayət etdiyi qənaətində olub, lakin Ukraynada tez qələbə qazanmaq ümidləri Ukrayna müqaviməti ilə üzləşərək puça çıxıb.