4436
21 Dec 2022 | 21:06

"Bu adamyeyənlərin nəfəsini kəşməkdə nə tələb etsəniz, o qədər Sizə kömək edəcəyik..."

"Siz Qafqazın Rusiyadan qopmasına, Osetiya və Abxaziya sakinlərinin ağıldankəm birisi tərəfindən məhv edilməsinə yol vermədiniz, Qarabağda qırğını dayandırdınız..."
 
"BMT-nin məlumatına görə, Rusiyanın Ukraynada 300 günlük müharibəsi müddətində 428 uşaq həlak olub..."
 
Rusiya prezidenti Vladimir Putin "Russia today" mediaholdinqin baş redaktoru Marqarita Simonyanı "Şərəf" ordeni ilə təltif edib.
 
Simonyan bu mükafata "dövlət informasiya siyasətinin gerçəkləşməsinə böyük tövhə verdiyinə görə" layiq görülüb.
 
Mükafat alan təbliğatçı Kreml rəhbərinə Ukraynada törətdiyi müharibəyə görə minnətdarlıq edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Vedomosti" nəşri yazıb.
 
"Çox sağ olun ki, adamyeyənlərin nəfəsini kəsirsiniz. Çox sağ olun ki, Siz ağrı ilə, qanla, amma bizim insanlarımızı bu adamyeyənlərin caynağından xilas edirsiniz və bu qərarı vermisiniz. Biz isə bu adamyeyənlərin nəfəsini kəşməkdə bizdən nə qədər tələb etsəniz, o qədər də Sizə kömək edəcəyik", - o, bəyan edib.
 
Simonyan həmçinin xatırladıb ki, Putin Qafqazın Rusiyadan "qopmasına" yol verməyib, Osetiya və Abxaziya sakinlərinin "ağıldankəm birisi" tərəfindən məhv edilməsinə imkan verməyib, Qarabağda "qırğının dayandırıb".
 
Somonyanla yanaşı, işğal edilmiş ərazilərin-Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərinin üzdəniraq rəhbərləri Leonid Paseçnik, Denis Puşilin, Yevgeni Balitski və Vladimir Saldo da ordenlərlə təltif edilib.
 
Xatırladaq ki, dekabrın 16-da, sonuncu dəfə Ukrayna ərazisinin Rusiya qoşunları tərəfindən atəşə məruz qalması nəticəsində Krivoy Roqda 1, 5 yaşlı körpə və onun valideynləri həlak olub. 
 
Bundan öncə, noyabrın 23-də Rusiya Zaporojye vilayətində xəstəxanaların birinin doğum şöbəsini atəşə məruz qoyub, yenicə dünyaya göz açan körpə həlak olub.
 
Müharibənin getdiyi müddətdə, BMT-nin 19 dekabra olan məlumatına görə, Ukraynada müharibənin 300 günü ərzində 428 uşaq həlak olub.
Link kopyalandı!
Son xəbərlər