"Rusiya Ukrayna ilə bütün problemləri danışıqlar yolu ilə həll etmək istəyir..."
Dmitri Medvedev Pekində Si Tszinpinlə Ukrayna barədə danışıqlar aparıb
Ekspertlər bu olayın böyük hadisələrdən xəbər verə biləcəyini deyir...
"Vahid Rusiya" partiyasının sədri, Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev dekabrın 21-də Pekində Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi və ÇXR sədri Si Tszinpinlə danışıqlar aparıb. Bu danışıqlar koronavirus pandemiyası başlanandan Rusiya və Çinin rəhbər partiya liderlərinin ilk əyani təmasıdır.
Moderator.az xəbər verir ki, bu barədə "Vedomosti" nəşri məlumat yayıb.
Çinin paytaxtına iki günlük səfərə gələn Rusiya nümayəndə heyətinin tərkibinə "Vahid Rusiya" baş şurasının katibi Andrey Turçak və Dövlət Dumasında partiya fraksyasının rəhbəri Vladimir Vasilyev daxildir.
Məlumatda deyilir ki, Medvedev Si Tszinpinə Rusiya prezidenti Vladimir Putinin yazılı müraciətini və ən xoş arzularını çatdırıb. Bundan başqa, Medvedev Çin liderini yenidən 2022-ci ilin oktyabrında XX qurultayda ÇKP MK-nın baş katibi postuna seçilməsi münasibətilə təbrik edib.
Bununla siyasətçilərin danışıqlarının gündəliyi sırf partiya məsələləri ilə məhdudlaşmayıb, tərəflər əməkdaşlığı fəallaşdırmaq barəsində razılığa gəlib.
"Biz iki hakim partiya-Çin Kommunist Partiyası və Rusiyanın "Vahid Rusiya" partiyası arasında qarşılıqlı əlaqə məsələlərini müzakirə etdik. Bütün sahələrdə, o cümlədən iqtisadiyyat, sənaye kooperasiyası sahəsində ikitərəfli qarşılıqlı əlaqə, strateji tərəfdaşlıq məsələlərini müzakirə etdik. Bir çox başqa məsələlərini də nəzərdən keçirdik.
Beynəlxalq məsələləri, o cümlədən, şübhəsiz ki, Ukraynadakı münaqişəni də müzakirə etdik", - Medvedev özünün Telegram-kanalında yerləşdirdiyi vudeoyazısında deyib.
Medvedevin katibliyində həmçinin qeyd edilib ki, tərəflər həm də strateji xarici siyasət koordinasiyası mövzusuna, o cümlədən BMT, ŞƏT, BRİKS və G20 çərçivəsində əməkdaşlıq məsələlərinə toxunub.
Son 10 ildə Çin-Rusiya münasibətləri beynəlxalq aləmdəki təlatümlər şəraitində sınaqdan çıxıb, sağlam və sabit məcrada inkişaf etməkdə davam edir, bunu görüş zamanı Si Tszinpin deyib.
Bu zaman o, xatırladıb ki, Çin həmişə Ukrayna böhranında sülh danışıqlarının tərəfdarı olub və ümid edib ki, tərəflərin hamısı təmkinlilik nümayiş etdirəcək.
Medvedev əmin edib ki, Rusiya Ukrayna ilə bütün problemləri danışıqlar yolu ilə həll etmək istəyir. Bundan başqa, Çin Rusiya ilə daha ədalətli və daha ağıllı qlobal idarəçilik naminə birgə işləməyə hazırdır.
Medvedevin səfərinin məqsədi Si Tszinpinlə şəxsən görüşmək olub, bunu Ali İqtisadiyyat Məktəbi Elmi-Tədqiqat Universitetinin kompleks Avropa və beynəlxalq tədqiqatlar Mərkəzinin direktoru Vasili Kaşin deyib.
Medvedevin statusunu və Rusiyanın siyasi sistemində xüsusi vəziyyətini nəzərə alaraq, söhbət Rusiya-Çin əməkdaşlığının həssas və prinsipial cəhətdən vacib məsələlərinin müzakirəsindən gedir, bunlar adi diplomatik kanallarla müzakirə edilə bilməz, ekspert deyib.
Ola bilsin ki, bütün bunlar hərbi-siyasi sahədə hansısa böyük hadisələrdən öncə baş verir, Kaşin istisna etməyib.
Eyni zamanda, protokol nöqteyi-nəzərindən səfərin partiyalararası xətt üzrə baş verdiyini demək daha məntiqi olar.
ÇKP və "Vahid Rusiya" arasında əlaqələr uzun illər boyu mövcuddur, onlar aktiv surətdə inkişaf edib və informasiya mübadiləsində əlavə kanal yaradır.