"Puqaçova klanı federal kanalda təxribat törədib..."
"Düşmənləri dərhal səhnədən rədd etmək lazımdır..."
Rusiyada Orbakayte və Nikolayev azğın təhdidə məruz qalıb...
Sovet və Rusiya estradasının primadonnası Alla Puqaçovanın qızı Kristina Orbakayte və ifaçı İqor Nikolayev federal kanalın "Duetlər" şousunda "qeyri-vətənpərvər" görkəmdə, sarı və göy kostyumlarda çıxış edib.
Rusiyalı təbliğatçılar Rusiyaya belə etinasız münasibətə tab gətirməyərək, artistləri "qara siyahı"ya salmağı və ölkədən qovmağı təklif edib.
Moderator.az xəbər verir ki, bu barədə "УНИАН" nəşri yazıb.
Belə təkliflə o cümlədən Rusiya regionlarının inkişafının Milli fondunun həmtəsisçisi, professor İqor Skurlatov çıxış edib.
"Puqaçova klanı federal kanalda təxribat törədib. Onları iyrənclərin qara siyahısına salın", - o, belə şərh edib.
Rusiyalı təbliğatçının sözlərinə görə, artistlər milli efirdə Ukrayna bayrağının rənglərində görünəndən sonra onların Rusiyada bütün çıxışları rəsmən qadağan edilməli və ifaçılar ölkədən qovulmalıdır.
Bir çox tamaşaçı, təbliğat nəşrlərinin nümayəndələri kimi, ona eyham vurub ki, kostyumlar üçün seçilən sarı-göy rənglər heç də təsadüfi deyil. Guya Krustina Orbakayte anası Alla Puqaçova əri Maksim Qalkinlə birgə Rusiyanı tərk etdikdən sonra öz mövqeyini açıq şəkildə nümayiş etdirmək və Ukraynada müharibəni pisləmək qərarına gəlib.
Rusiyalılar estrada müğənnisi və bəstəkar İqor Nilolayevi də diqqətdən qaçırmayıb.
"Guya ki, Nikolayev Puqaçovadan fərqli düçünür". "Düşmənləri dərhal səhnədən rədd etmək lazımdır", - Putin pərəstişkarları forumlarda yazıb.
Qeyd edək ki, Alla Puqaçovanın qızı hələlik Rusiyanın Ukraynada törətdiyi qanlı müharibəni şərh etməyib.
Anası Alla Puqaçova isə dəfələrlə açıq şəkildə müharibə əleyhinə mövqeyini bəyan edib, nəticədə vətənpərvər ruhlu Rusiya KİV-ləri tərəfindən amansız tənqidə məruz qalıb.
Dövrü olaraq hər cür şərhçilər müğənnini "satqın adlandırıb və Rusiya rəhbərliyindən onu vətəndaşlıqdan, adlarından, daşınmaz əmlakından, təqaüddən məhrum etməyi və onun mahnılarını radio və televiziyada yayımının qadağan edilməsini tələb edir.