Birini, heç olmasa, öldür birini, cəld ol, nə durmusan, kəs nəfəsini!..
3557
20 Dec 2022 | 20:22

Birini, heç olmasa, öldür birini, cəld ol, nə durmusan, kəs nəfəsini!..

Moskvalı məmur şeirlə ukraynalıları öldürməyə çağırış edib
 
Moskva hökuməti mədəniyyət departamentinin rəhbəri Aleksandr Kibovski ukraynalıları öldürməyə çağırış edib. Öz çağırışını Konstantin Simonovun ikinci dünya savaşı zamanı yazdığı şeirlə müşayiət etdirib.
 
Moderator.az xəbər verir ki, moskvalı məmur 1942-ci ilin əsərini "YouTube"-da "Manuçanın empatiyası" şousunun efirində oxuyub. Məlumatı "УНИАН" nəşri yayıb.
 
Kibovski Rusiya təbliğatının belə bir tezisindən istifadə edib ki, Rusiya ordusu Ukraynada "nasistlərlə döyüşür" və ukraynalılara heç bir aman verilməməlidir".
 
Kremlin narrativlərini səsləndirdikdən sonra Kibovski Konstantin Simonovun "Öldür onu (əgər öz evin sənin üçün qiymətlidirsə)" şeirindən misraları oxuyub.
 
"Birini, heç olmasa, öldür birini!
Cəld ol, nə durmusan, kəs nəfəsini!
Qıyma heç, nə qədər onu görəcəksən,
Bil ki, o qədər onu öldürəcəksən!"
 
Sonda Kibovski rusiyalı təbliğatçıların sözlərini əlavə edib: "Qardaşlar, iş başına!"
 
Qeyd edək ki, Konstantin Simonovun sətirləri və öldürmək çağırışları ikinci dünya savaşında SSRİ ərazisinə soxulan faşist işğalçılarına qarşı yönəlib:  
 
"Öldür onu, uf demədən, əgər sən istəmirsən ki, evində döşəməni faşist tapdalasın, sənin babanın stolunda otursun, bağçada ağacları sındırsın..."
 
Simonovun şeiri sovet əsgərləri üçün onların torpağına ayaq basan düşmənə qarşı ilham mənbəyi olub.
 
Lakin Kibovski şüurlu surətdə bir faktı qeyd etməyi "unudub" ki, məhz Rusiya Ukrayna ərazisinə soxularaq dinc əhalini məhv edir, onların evlərini və bütöv şəhərləri dağıdır.
 
"Rusiyada indi hər şey adiləşib. Adi pedofillər, oğrular və məişət qatilləri cinayəti uğurla törətdikdən və məhkəmədə "kriminal kamal atestatı" alandan sonra özəl hərbi şirkətə, FTX-ya və Rusiya ordusuna təyinat alır. 
 
Seriyalı qatillər, manyaklar, degenerat-təcavüzkarlar, parçalayanlar və sadistlərlə vəziyyət tamam başqadır.
Bunlar xüsusilə qiymətli kadrlardır.
 
Onları özəl hərbi şirkətə, FTX-ya və orduya buraxmırlar, dərhal geyindirib mədəniyyət nazirliyinə yollayırlar", - moskvalı məmurun qanlı çıxışını rusiyalı müxalifətçi, publisist Aleksandr Nevzorov belə şərh edib.
Link kopyalandı!
Son xəbərlər