Əməllərimizi Allah qatında dəyərli edən əsas amil hansıdır?..
Ekskluziv
3401
20 Dec 2022 | 07:19

Əməllərimizi Allah qatında dəyərli edən əsas amil hansıdır?..

Əməllərimizi Allah qatında dəyərli edən əsas amil hansıdır?..
 
"Uca Yaradanı tanıyıb Ona boyun әymәdikdәn, Onun razılığını qazanmağa çalışmadıqdan sonra edilәn hәr bir әmәlin misalı "ruhsuz bәdәn" misalına bәnzәyir..."
 
İman – insanın hәyatına vә yaşamış olduğu zaman әrzindә gördüyü işlәrә mәna vә dәyәr qatan yeganә amildir. Çünki, Allaha inanıb, Ona itaәt edәn insan, bütün әmәllәrini, fәaliyyәtlәrini üstün bir mәqsәd olan – Allahın razılığını qazanmaq üçün edәr. Bu insan bir әmәl edәrkәn Allahın әmr vә qadağaları çәrçivәsindә, "sabah Allah’ın hüzurunda etdiklәrimә görә cavab verәcәyәm" tәrbiyәsi ilә edәr...
 
Allaha vә Onun dininә dәyәr vermәyәn insan isә bütün fәaliyyәtlәrini bu düşüncәdәn mәhrum şәkildә edәr vә buna görә dә bu әmәllәrin dәyәri olmaz. Dediklәrimizә qısa misal olaraq Uca Allah belә buyurmuşdur:
 
 
“(Allahın vəhdaniyyətini danan, Quranı yalan hesab edən) kafirlərin əməlləri ucsuz-bucaqsız çöldəki (səhradakı) ilğıma bənzər ki, susuzluqdan ürəyi yanan onu su bilər. Nəhayət, gəlib ona yetişdiyi zaman onun heç nə olduğunu görər. O öz əməlinin yanında ancaq Allahın cəzasını tapar. (Allah da) onun cəzasını (layiqincə) verər. Allah tezliklə haqq-hesab çəkəndir.” (Nur, 39)
 
 
Peyğәmbәrimizin “әmәllәr niyyәtә görәdir” sözü, edilәn әmәllәrin, yalnız Allah yolunda edildikdә dәyәrә malik olduğunu bir daha isbat edir. Uca Yaradanı tanıyıb Ona boyun әymәdikdәn, Onun razılığını qazanmağa çalışmadıqdan sonra edilәn hәr bir әmәlin misalı "ruhsuz bәdәn" misalına bәnzәyir. Uca Allah buyurmuşdur:
 
“Yaxud (onların əməlləri) zəngin dənizin zülmətinə bənzər. Onu bir dalğa, o dalğanın üstündən bir dalğa, onun da üstündən bir bulud (dalğa) – zülmət üstündən zülmət örtər. O, əlini çıxartdıqda, hardasa onu görməz. Allah bir kəsə nur bəxş etməsə, onun nuru olmaz.” (Nur, 40)
 
Allahın "imansız әmәlin faydası olmaz" şüurunu insanlara çatdırdığı bu ayәlәrdә, okeanların doğru-düzgün bilinmәdiyi, diblәrinin kәşf edilmәdiyi yer vә zamanda, okean diblәrindәki fәrqli qaranlıq tәbәqәlәr haqqında danışılması – düşündürücü bir Quran möcüzәsidir (qeyd: okeanaltı tәbәqәlәri araşdırmaq üçün ilk sualtı araşdırma maşını 1620-ci Cornelis Drebber tәrәfindәn işә salınmışdır). Necә deyәrlәr – Uca Allah hökmlәrini izah etmәklә yanaşı, möcüzәlәrini dә insanlara göstәrmәklә, onları dәrin düşünmәyә dәvәt edir...
 
Hazırladı: Ayxan Yaquboğlu
 
İslamevi.az
Link kopyalandı!
Son xəbərlər