Trampdan Putinə İSMARIŞ: “Əgər döyüşməyi dayandırmasanız…” - VİDEO
599
03 Nov 2025 | 08:54

Trampdan Putinə İSMARIŞ: “Əgər döyüşməyi dayandırmasanız…” - VİDEO

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsini bir neçə ay ərzində bitirə biləcəyini söyləyib.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ lideri "CBS News"a müsahibəsində bildirib.

"Düşünürəm ki, bəli, bacaracağıq", - Tramp aparıcının bir neçə ay ərzində bunu edə biləcəyi ilə bağlı sualına cavabında deyib.

O, qeyd edib ki, müharibə edən tərəflərə qarşı taktika kimi daha yüksək tariflər təhdidindən istifadə edərək bir sıra beynəlxalq münaqişələri həll edə bilib.

"Bununla bağlı halların 60 %-də dedim ki, əgər döyüşməyi dayandırmasanız, hər ikinizin ölkənizə tariflər tətbiq edəcəyəm və siz ABŞ ilə iş görə bilməyəcəksiniz'", - Tramp izah edib.

O, əlavə edib ki, bu variant Vladimir Putin üçün də işləyir.


Bizim.Media

Link kopyalandı!
Son xəbərlər