Məlik Dadaşov Zauru imtahandan kəsib
518
31 Oct 2025 | 22:03

Məlik Dadaşov Zauru imtahandan kəsib

Mərhum Xalq artisti Məlik Dadaşov aparıcı Zaur Kamalı müəllim işlədiyi dövrlərdə imtahandan kəsib.

Bizim.Media xəbər verir ki, bu barədə o "Həmin Zaur" verilişində danışıb:

"Mən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə ardıcıl 3 dəfə imtahan vermişəm və sonuncu cəhdimdə qəbul olmuşam. İkinci ildə Məlik Dadaşov mənə iki yazdı. Çox ciddi adam idi".

Qeyd edək ki, Məlik Dadaşov mərhum Xalq artisti Rəfael Dadaşovun atasıdır. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aktyor sənətindən dərs deyirdi. (axsam.az)

Bizim.Media

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər