G7 liderləri Putini qanundankənar elan edib, Rusiya təlaş içindədir, Kiyev məmnundur...
4199
13 Dec 2022 | 19:14

G7 liderləri Putini qanundankənar elan edib, Rusiya təlaş içindədir, Kiyev məmnundur...

"Biz Putini və günahkarları beynəlxalq hüquqa uyğun olaraq məsuliyyətə cəlb edəcəyik..."
 
"Qərb Rusiyanı hərbi cəhətdən darmadağın etmək və Rusiya dövlətçiliyini özünə tabe etdirmək istəyir..."
 
"Putin və onun quldur dəstəsi indi qanundan kənardır, onları Pinoçetin və ya Miloşeviçin taleyi gözləyir..."
 
"Böyük yeddilik" (G7) liderləri Ukraynaya möhkəm dəstək verilməsinə və Kreml liderinin və müharibənin bütün tərəfdarlarının  məsuliyyətə cəlb edilməsinə əmin edib.
 
Moderator.az xəbər verir ki, bu barədə görüşün yekunlarına dair birgə bəyanatda deyilir. Məlumatı "Deutsche Welle" nəşri yayıb.
 
"Bu gün biz təsdiq edirik ki, Ukraynaya tərəddüd etmədən dəstək verəcək və ona Rusiyanın davam edən təcavüzkar müharibəsi qarşısında tələb edilən qədər həmrəylik ifadə edəcəyik. 
 
Biz Rusiyanın bütün Ukrayna boyunca kritik mühüm infrastrukturuna, o cümlədən energetika və su təchizatı obyektlərinə, habelə şəhərlərə ardı kəsilməyən qeyri-insani və qəddar hücumlarını pisləyirik və xatırladırıq ki, mülki əhali və ya mülki obyektlərə hücumlar hərbi cinayətdir", - "Böyük yeddilik" liderləri vurğulayıb.
 
Siyasətçilər Rusiya prezidentini törətdiyi cinayətlərinə görə məsuliyyətə cəlb edilməsini vəd edib.
 
"Nəticə etibarilə Rusiya özünün qəddar müharibəsi nəticəsində zədələnən və ya dağıdılan həyati əhəmiyyətli mühüm infrastrukturunun bərpası üçün ödəniş etməli olacaq. Hərbi və digər cinayətlər cəzasız qala bilməz.
 
Biz Putini və günahkarları beynəlxalq hüquqa uyğun olaraq məsuliyyətə cəlb edəcəyik", - G7 liderləri bəyan edib və bir daha vurğulayıb ki, "Rusiyanın məsuliyyətsiz nüvə ritorikası yolverilməzdir" və "kimyəvi, bioloji və ya nüvə silahının istənilən tətbiqi ciddi nəticələrə gətirib çıxaracaq".
 
Rusiyada "Böyük yeddilik" liderlərinin rəsmi bəyanatına münasibət bildirilib.
 
"Böyük yeddilik" liderlərindən mühüm bəyanat. Onlar rəsmən Rusiya prezidenti və Rusiya dövlətinin digər ali rəhbərlərini mühakimə etmək istəyini bəyan edib. Beynəlxalq hüquqdan danışılıb, lakin heç kim xülyalara qapılmasın. 
 
Söhbət Rusiya prezidentinin, Rusiya müdafiə nazirinin, xüsusi xidmət orqanları rəhbərlərinin ələ keçirilməsi, əsir edilməsindən gedir. Səddam Hüseynlə olduğu kimi.
 
Bu o deməldir ki, Qərb qarşısına 2023-cü il ərəfəsində Rusiyanı hərbi cəhətdən tamamilə darmadağın etmək və Rusiya dövlətçiliyini özünə tabe etdirmək vəzifəsini qoyub", - bunu Rusiya İctimai palatasının üzvü, Putinin etibarlı şəxsi Sergey Markov "Telegram-kanal"ında yazıb.
 
"Vəssalam! Putin və onun quldur dəstəsi indi qanundan kənardadır. Onları Pinoçet və ya Miloşeviçin taleyi gözləyir. 20 ildən sonra da onları tapacaq, onların Haaqada nəfəsi kəsiləcək.
 
Raşist təbliğatçıları G7 liderlərinin bəyanatından isterikaya düşüb", - Markovun sözlərini Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşşenko şərh edib.
Link kopyalandı!
Son xəbərlər