Oğuzda yanğın törədən şəxs məsuliyyətə cəlb olundu
136
23 Oct 2025 | 12:41

Oğuzda yanğın törədən şəxs məsuliyyətə cəlb olundu

Oğuz rayonunun Top kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupu məlumat yayıb.

Araşdırmalarla yanğının rayon sakini T.Məmmədli tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində 2 hektar əkin sahəsi yanıb.

Həmin şəxs barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Bizim.Media

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər