Ekskluziv
4177
11 Dec 2022 | 13:36

"Putinin "xüsusi əməliyyat"ı artıq uzanıb, o, tükənənədək müharibə etmək niyyətindədir" - Hərbi ekspert

"Putin öz ordusunu tükəndirir, bu isə təkcə ölkənin müdafiə qabiliyyətini itirmək təhlükəsi yaratmır, həm də vətəndaş müharibəsinə və Rusiyanın parçalanmasına təhrik edə bilər..."
 
"Əgər bizim məğlubedilməz və əfsanəvi ordumuz varsa, nədən döyüşə getməliyik?.."
 
Putin tükənənədək müharibəyə hazırlaşır. Belə yanaşma tamamilə aydındır, lakin Putin rejiminin mövcudluğu üçün təhlükələr xeyli artır.
 
Moderator.az xəbər verir ki, bu barədə "OBOZREVATEL" nəşrinə müsahibəsində hərbi ekspert Oleq Jdanov bəyan edib.
 
Rusiyanın Ukraynaya qarşı müharibəsi artıq uzanıb. Bu yaxınlarda Rusiya diktatoru Vladimir Putin öz çıxışı zamanı bu faktı etiraf edib. İndi isə o, tükənənədək müharibə aparmaq istəyir.
 
Praktiki olaraq bütün yay və payızın xeyli hissəsi Ukraynada mövqe müharibəsi aparılıb. İndi Rusiya tükənənədək müharibə istəyir və bu, tamamilə gözləniləndir.
 
"O, Rusiyadan bütün hərbi potensialı sıxıb çıxaracaq ki, bizimlə tükənənədək müharibə aparsın. Bu, tamamilə gözləniləndir. Onun üçün bu, yeganə çıxış yoludur, çünki rus ordusunun daha hücum potensialı yoxdur. Bir hissədə, Bahmut və ya Avdeyevka rayonunda onlar hansısa hücum təhlükəsi yarada bilər, lakin yalnız təhlükədən söhbət gedir. Başqa sahələrdə onlar möhkəm müdafiə olunur", - Jdanov bəyan edib.
 
Ekspert əmindir ki, dekabrın ikinci yarısında Putin səfərbərlik elan edəcək, hərçənd, bunu inkar edir. Hərbi komissarlıqlar çağırış vərəqələri göndərir.
 
Ukrayna qoşunlarına döyüş meydanında vəziyyəti kökündən dəyişməyə çoxlu sayda uzaq mənzilli konkret silahlar kömək edəcək.
 
"O zaman biz bu vəziyyəti kökündən dəyişə və döyüş meydanında rus ordusunun erkən darmadağın edilməsinə bel bağlaya bilərik", - ekspert buna əmindir.
 
Jdanov vurğulayıb ki, Putin öz ordusunu tükəndirir. Belə proseslər təkcə Rusiyanın müdafiə qabiliyyətinin itirilmə təhlükəsini yaratmır, həm də vətəndaş müharibəsinə və Rusiya Federasiyasının parçalanmasına təhrik edə bilər.
 
"Bəli, hər şey buna doğru gedir. Bu, müdafiə potensialının olmamasını nəzərə alaraq belədir, ona görə də mən ikinci səfərbərlik dalğasının birincidən daha uğurlu olacağına şübhə edirəm. 
 
Rusiyada əhval-ruhiyyə də əvvəlkitək deyil. İnsanlar əsasən Ukraynadakı müharibəni dəstəkləsə də, onlar artıq sual etməyə başlayıb: bizim məğlubedilmız və əfsanəvi ordumuz varsa, nədən biz döyüşə getməliyik? Hanı bəs bu ordu? Əsas sual budur-ordumuz hanı? Bu da müvafiq olaraq seçimə təsir göstərəcək", - Jdanov əlavə edib.
Link kopyalandı!
Son xəbərlər