Ekskluziv
4378
11 Dec 2022 | 10:25

"Ukraynanın ərazi bütövlüyünün tam bərpa edilməsi danışıqlar predmeti ola bilməz..."

"Rusiyanın Ukraynaya hərbi təcavüzü qlobal nəticələrə səbəb olub..."
 
"Təkcə Ukraynanın deyil, beynəlxalq birliyin strateji qələbəsinə necə nail olmalı?.."
 
"Əgər dünya birliyi Rusiyanın törətdiklərinə göz yumarsa, başqa nüvə dövlətlərində də sərhədləri dəyişdirmək həvəsi yaranacaq..."
 
Ukraynanın Rusiya Federasiyasının Krımı ilhaq etdiyi və ölkənin şərqində təcavüzə başladığı 2014-cü ilədək olan sərhədləri çərçivəsində ərazi bütövlüyünün bərpası Ukraynanın qələbəsi üçün mütləq şərtdir və danışıqlar predmeti ola bilməz.
 
Moderator.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba dekabrın 10-da Abu-Dabidə "World Polisy Forum" iştirakçıları qarşısında videoformatda çıxışı zamanı bəyan edib.
 
"Bundan sonra daha geniş  sual meydana çıxır: Rusiyanı qaydalara riayət etməyə vadar edərək, təkcə Ukraynanın deyil, bütün beynəlxalq birliyin strateji qələbəsinə necə nail olmalı?" - Ukrayna XİN rəhbəri deyib.
 
Beynəlxalq birlik o zaman strateji qələbə qazana bilər ki, Rusiya dünya   düzəninə riayət etməyə başlasın və "qaydalara uyğun oynasın", Kuleba vurğulayıb.
 
Əgər bunun üçün ölkədə hakimiyyət dəyişikliyi lazımdırsa, rusiyalılara bu transformasiyanı keçmək lazım gələcək və bu, yalnız daxildən baş verməlidir, o, davam edib.
 
Beynəlxalq birlik Rusiya vətəndaşlarının bu zərurəti anlaması üçün şərait yarada bilər, Kuleba hesab edir.
 
"Dünyada heç bir dövlət BMT Təhlükəsiz Şurasının, nüvə dövlətinin silahlı müdaxilə və kütləvi vəhşiliklərə haqqı olduğunu istəmir. Əgər Rusiyaya bunu bağışlasaq, sərhədləri dəyişmək istəyən yerdə qalanlarda da bunu təkrar ermək həvəsi yaranacaq. 
 
İnsanlar 100 dəfə deyə bilər: "Bu, bizim müharibə deyil", lakin həqiqət bundadır ki, Rusiyanın Ukraynaya qarşı təvavüzünün qlobal nəticələri var.
 
Ona görə də  biz hamımız bu müharibənin tezliklə təkcə özünü deyil, dünyanın əsaslandığı qaydaları qoruyan Ukraynanın qələbəsi ilə başa çatmasında maraqlıyıq", - o, əlavə edib.
Link kopyalandı!
Son xəbərlər