Ekskluziv
3897
09 Dec 2022 | 19:26

"Rusiya İrandan yeni partiya dronlar əldə edib" - Britaniya kəşfiyyatı

"Britaniyalı hərbçilər Rusiyanın PUA-lardan istifadə etməklə yeni mümkün zərbələri barədə xəbərdarlıq edib..."
 
Britaniya kəşfiyyatı hesab edir ki, Rusiya Ukrayna ərazilərinə kamikadze-dronlarla hücumlarını bərpa edib, çünki İrandan yeni partiya dronlar əldə edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Moscow Times" nəşri yazıb.
 
Ukrayna cəbhələrində vəziyyət haqqında sonuncu məlumatında britaniyalı hərbçilər Rusiyanın PUA-lardan istifadə etməklə yeni mümkün zərbələri barədə xəbərdarlıq edib.
 
Qeyd edilir ki, sonuncu dəfə Rusiya dronlardan noyabrın 17-də istifadə edib.
 
Lakin dekabrın 6-7-də Ukraynanın rəsmi şəxsləri məlumat verib ki, Zaporojye və Dnepr vilayətlərində yenidən pilotsuz uçuş aparatlarının gəlişi qeydə alınıb.
 
Ukrayna Baş Qərargahının məlumatına görə, 17 PUA, o cümlədən 14 "Shahed-136" vurulub.
 
Dronların yenidən fəallaşması barədə məlumat hələ yoxlanılmalıdır, lakin bu məlumat gerçəkdirsə, bu nəticəyə gəlmək olar: 
 
Rusiyanın əvvəlki "Shahed-131" və "Shahed-136" PUA-lar ehtiyatı tükənib və indi yenilərini əldə edib.
 
Belə olan halda Rusiyanın PUA-lar tətbiq edilməklə yeni hücum dalğasını gözləmək olar, Britaniya kəşfiyyatı bəyan edib.
 
Bu gecə Rusiya minaatanlar, artilleriya, tanklar və yaylım atəşli reaktiv sistemlərdən Zaporojye, Dnepropetrovsk və Xersonun işğaldan azad edilən hissəsini atəşlərə məruz qoyub.
 
Xersonda şəxsi və çoxmərtəbəli evlər və xəstəxana atəş altına düşüb.
Link kopyalandı!
Son xəbərlər