5355
09 Dec 2022 | 17:39

"Sizin səfərbər olunan əsgərlərinizin meyitləri Qazaxıstan çöllərinə səpələnəcək..."

"Səfirin açıqlamaları onun statusuna uyğun gəlmir və fayda gətirməz..."
 
"Bura bax, sənin və dostun Putinin "əməliyyatı" çoxdan iflasa uğrayıb və doqquz aydır ki, rəşadətli ukraynalılar sizin payınızı verir..."
 
"Siz özünüz öz ağılsız hərəkətlərinizlə rusofobiyaya rəvac verirsiniz..."
 
"Əgər siz bizim və ya qonşularımızın evinə soxulsanız, eyni aqibətlə üzləşəcəksiniz..."
 
Rusiyalı diplomat Qazaxıstanla "məşğul olmağı" vəd edib və layiqli cavabını alıb
 
Rusiyanın Qazaxıstandakı səfiri Aleksey Borodavkinin "Sputnik" agentliyinə verdiyi müsahibəsi bu ölkədə hiddətlə qarşılanıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "Obozrevatel" nəşri məlumat yayıb.
 
Səfir müsahibəsində ölkədəki "radikal rusofob milliyyətçilik"dən qəzəblənib və bəyan edib ki, Rusiya "ondan xahiş etsələr, Qazaxıstana kömək edə bilər".
 
Qazaxıstan Məclisinin spikeri Yerlan Koşanov Borodavkinin fikirlərindən sonra onun peşəkar keyfiyyətlərinə şübhə ilə yanaşdığını söyləyib.
 
"Mən cənab Borodavkinin müsahibəsi ilə diqqətlə tanış oldum, müsahibənin bəzi məqamları, həqiqətən, onun statusuna uyğun gəlmir və fayda gətirməz. Hərçənd, cənab Borodavkin çox təcrübəli diplomatdır, onu çoxdan tanıyırıq, o, təbliğatçılara və politoloqlara bənzəməməlidir", - o, deyib.
 
Vəd edilən "yardım"a Qazaxıstan ictimaiyyəti daha kəskin münasibət göstərib. Belə ki, ictimai xadim Arman Şurayev yad millət arasında "faşistləri" axtaran Borodavkini güzgüyə baxmağa çağırış edib.
 
"Mən rus dilini mükəmməl bilirəm, ona görə də faşist FTX-çı "Sputnik"ə müsahibəsində Qazaxıstanda "nasist-millətçilərin" yaşadığı və lazım gələrsə, orada "xüsusi əməliyyat" keçirəcəkləri haqqında bəyan edən bu əbləhə cavab verməyə imkanım var.
 
"Bura bax, sənin və dostun Putinin "əməliyyatı" çoxdan iflasa uğrayıb. Artıq doqquz aydır ki, rəşadətli ukraynalılar sizin payınızı verir. Mən bunu deyə bilərəm: Allah eləməsin, bizim ölkəmizə soxulmaq qərarına gəlsəniz, asan qələbə olmayacaq. Sizin səfərbər edilən əsgərlərinizin meyitləri Qazaxıstan çöllərinə səpələnəcək", - o, xəbərdarlıq edib.
 
Şurayev vurğulayıb ki, ilk növbədə Rusiya öz hərəkətləri ilə rusofobiya yaradır. "Əgər Qazaxıstanda rusofobiya varsa da, bu, ilk növbədə hər gün televiziya ekranlarından rusiyalı təbliğatçıların Qazaxıstanın bir hissəsini zəbt etmək və bu ölkədə qazax dilini qadağan etmək haqqında yaydığı  bəyanatların nəticəsidir", - o, deyib.
 
"Rusofobiyanı siz özünüzün öz ağılsız hərəkətlərinizin nəticəsində əldə etmisiniz. Siz düşünürsünüz ki, ukraynalılıar sizə səbəbsiz atəş açmağa başlayıb? Xeyr, siz özgə evinə odla-qılıncla soxulmusunuz, indi də cavabınızı alırsınız.
 
Əgər siz bizim və ya qonşularımızın evinə soxulsanız, eyni aqibətlə üzləşəcəksiniz. Siz adamyeyənsiniz. Ümid edirəm ki, sizin çürük federasiyanız yaxın gələcəkdə parçalanacaq", - ictimai fəal deyib.
Link kopyalandı!
Son xəbərlər