Ekskluziv
3722
09 Dec 2022 | 08:30

"Ukrayna İranın ballistik raketlərini vura biləcəkmi?" - HHQ sözçüsü cavab verir...

Ukrayna HHQ rəsmisinin fikrincə, buna qarşı durmağın ən yaxşı yolu raketləri atıldığı yerdəcə məhv etməkdir...
 
"Hansı komplekslər Ukraynaya qarşı Rusiyanın istifadə edə biləcəyi İranın “Fateh-110” və “Zülfüqar” ballistik raketlərini vurmağa qadirdir?"
 
Moderator.az xəbər verir ki, "TSN" kanalı bu sualla  Ukrayna Silahlı Qüvvələri Hərbi Hava Qüvvələri(HHQ) komandanlığının sözçüsü Yuri İqnata müraciət edib.
 
Hələ noyabr ayında Ukrayna Baş Kəşfiyyar İdarəsinin rəhbəri Kirill Budanov Rusiya Federasiyası ilə İran arasında raketlərə dair razılaşmadan danışmışdı. Elə o zaman Ukrayna  HHQ komandanlığının spikeri Yuri İqnat qeyd etmişdi ki, Ukrayna onlara qarşı effektiv mübarizə apara bilməyəcək.
 
"Ballistik raketlərə qarşı, təəssüf ki, bizim effektiv müdafiəmiz yoxdur. Bu, ballistikadır; belə raket faktiki olaraq kosmosdan uçur, böyük sürətlə aşağıya doğru uçur. Onları vurmaq praktiki olaraq mümkün deyil, amma əks-təsir göstərmək olar", - deyə Y.İqnat qeyd edib. .
 
Onun sözlərinə görə, ballistik raketləri rusların saxlayacağı yerdəcə məhv etmək daha yaxşıdır.
 
"Bunun qarşısını almağın ən yaxşı yolu raketləri atıldığı yerdəcə məhv etməkdir, yəni söhbət 300 və 700 kilometrlik məsafədən gedir. Amma "partıltı"nı(yerində məhvedilmə nəzərdə tutulur-S.L.) heç kim qadağan etməyib", - deyə hərbi ekspert bildirib.
 
“Reuters”in iranlı diplomata istinadla verdiyi məlumata görə, artıq Rusiya və İran “Fateh-110” və “Zülfüqar” yer-yer tipli ballistik raketlərin tədarükü barədə razılığa gəliblər. Qərb rəsmiləri bu məlumatı təsdiqləyib.
 
Ukrayna HHQ komandanlığının sözçüsü Yuri İqnat həmçinin ballistik raketlərə qarşı mübarizə ilə bağlı Ukraynadakı real vəziyyəti şərh edib.
 
Onun sözlərinə görə, güclü "SAMP-T"  və "Patriot"  hava hücumundan müdafiə sistemləri ballistik raketlərə qarşı effektivdir.
 
Bununla belə, hərbi ekspert bu sistemlərin Ukraynaya tədarükü və sayı ilə bağlı şübhələrini bildirib.
 
"Ukraynada Rusiyanın bu raketlərə malik olduğu qədər "Patriot" olmayacaq... Və biz "Patriot"la yalnız müəyyən əraziləri, müəyyən obyektləri "bağlaya" bilərik", -  HHQ rəsmisi belə deyib.
 
Bir müddət əvvəl hərbi ekspert Aleksandr Kovalenko  Qərb tərəfdaşlarının 2023-cü ilin birinci rübündə "SAMP-T"-ləri Ukraynaya verə biləcəyi ilə bağlı fikir bildirib.
 
Bununla belə, Almaniya "Patriot" sistemlərini Ukraynaya verməkdən imtina edib.
 
Sultan Laçın
Link kopyalandı!
Son xəbərlər