Samur-Abşeron kanalında batan şəxsin kimliyi AÇIQLANDI
286
19 Oct 2025 | 22:23

Samur-Abşeron kanalında batan şəxsin kimliyi AÇIQLANDI

Bu gün Samur-Abşeron kanalının Xaçmazın Alıcqışlaq kəndindən keçən hissəsində batan adamın kimliyi məlum olub.
 

MÖVZU İLƏ BAĞLI: 

Xaçmazda bir nəfər kanalda BATDI


Bizim.Media-nın əldə etdiyi məlumata görə, bu, həmin kəndin sakini, 46 yaşlı Ədalət Elman oğlu Pirverdiyevdir.

O, hazırda rəsmi şəkildə itkin düşmüş kimi qeydə alınıb.

Onun yaşadığı kəndin yaxınlığından keçən Samur-Abşeron kanalına düşdüyü deyilir.

Ədalət Pirverdiyevin həqiqətən su kanalına düşməsi meyit tapılandan sonra məlum olacaq.
 

Qeyd edək ki, Ədalət Pirverdiyev daş üzərində oyma peşəsi ilə məşğuldur.


O, Quba-Xaçmaz Regional Mədəniyyət idarəsinin əməkdaşıdır.

Fakt üzrə araşdırmalar və axtarışlar davam edir.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Link kopyalandı!
Son xəbərlər