3801
08 Dec 2022 | 12:35

"Xüsusi hərbi əməliyyat"ın ilkin nəticələri,  rus mədəniyyətinin ləğvi, "riyakar Qərb"...

"Xüsusi hərbi əməliyyat" uzunmüddətli ola bilər..."
 
"Səfərbər edilən 300 min nəfərin yarısı əməliyyat zonasındadır, qalanları poliqonlarda və təlim mərkəzlərindədir..."
 
"Milli maraqlarımızı bütün vasitələrlə qoruyacağıq, nüvə silahına çəkindirici amil kimi baxırıq..."
 
"Rus mədəniyyətinin ləğv edilməsi ağılsızlıq və gizli rusofobiyadır..."
 
"Qərbdə insan haqları doktrinasından Qərbin dominantlığına haqq qazandırmaq üçün istiadə edilir..."
 
Rusiya prezidenti yanında İnsan hüquqları üzrə Şurada görüşdə Putin nələrdən danışıb?..
 
Dekabrın 7-də Rusiya prezidenti Vladimir Putin insan hüquqları üzrə Şuranın üzvləri ilə görüş keçirib.
 
Moderator.az xəbər verir ki, bu barədə "360" nəşri məlumat yayıb.
 
"Xüsisi hərbi əməliyyat"ın ilkin nəticələri
 
Putin bəyan edib ki, Ukraynada "xüsusi hərbi əməliyyat" uzana bilər.
 
"Xüsusi hərbi əməliyyat"ın  uzunmüddətli proses olacağına gəldikdə, bu, uzunmüddətli ola bilər", - "İnterfaks" agentliyi Putindən iqtibas gətirir. 
 
Bu zaman Rusiya lideri qeyd edib ki, yeni ərazilərin meydana çıxması "Rusiya üşün əhəmiyyətli nəticədir, bu, ciddi məsələdir".
 
Putin həm də "qadağa siyahısı" (jurnalistlərə öncədən Şura üzvlərinin Kreml rəhbəri ilə nədən danışa bilməyəcəyini aydınlaşdırılıb) mövzusuna da toxunub. O, hərbi qulluqçuların təminatı məsələsinin həll ediləcəyini vəd edib.
 
"Ekipirovka problemlərinə gəldikdə, mənə elə gəlirdi ki, hər şey artıq həll olunub. Bununla yanaşı, haradasa nəsə bizim xüsusi diqqətimizi tələb edirsə, mən sizdən əlavə məlumat verməyinizi xahiş edərdim. Biz bu məsələ ilə mütləq, həm də imkan daxilində tez bir zamanda məşğul olacağıq", - Putin iclasın gedişində deyib.
 
O, məlumat verib ki, səfərbər edilən 300 min nəfərdən yalnız 150 min nəfəri "xüsusi hərbi əməliyyat" zonasında, onlardan 77 mini döyüş bölmələrindədir. Qalanları hələ də poliqonlarda və təlim mərkəzlərindədir, "bu, döyüş ehtiyatımızdır".
 
"Əlavə səfərbərliyə ehtiyac duyulmur, bu barədə söz-söhbətlərin heç bir mənası yoxdur", - o, deyib.
 
Ukrayna münaqişəsinin ilkin səbəblərindən danışarkən Putin 2014-cü ilin "dövlət çevrilişi"ni, Donbasın özünüiradə hüququnu xatırladıb.
 
O, vurğulayıb ki, Ukraynanın ərazi bütövlüyünün və suverenliyinin qorunub saxlanılmasının yeganə qarantı Rusiyadır.
 
Mlli maraqların qorunması
 
Rusiya prezidenti milli maraqlar uğrunda mübarizəni başlıca məqsəd adlandırıb və vurğulayıb ki, bu məqsədə ilk növbədə dinc üsullarla nail olunacaq. 
 
"Amma başqa çıxış yolu qalmazsa, özümüzü sərəncamımızda olan bütün vasitələrlə müdafiə edəcəyik", - Putin xəbərdarlıq edib.
 
O, əlavə edib ki, ölkədə nüvə silahının tətbiqinin nəticələrini gözəl anlayırlar. Rusiya hakimiyyəti belə tədbirləri yalnız cavab zərbəsi üçün müdafiə vasitəsi kimi nəzərdən keçirir.
 
Rusiya nüvə silahı ilə ülgüc kimi davranmayacaq, lakin onun çəkindirici amil olduğundan çıxış edir.
 
Rusiyanın ən müasir silahları var. ABŞ kimi nüvə silahını üçüncü ölkələrə vermək niyyətində deyil. Lakin, təbii ki, öz müttəfiqlərimizi bütün vasitələrlə müdafiə edəcəyik.
 
Rusiya lideri etiraf edib ki, dünyada nüvə müharibəsi təhlükəsi artıb. Lakin heç bir ölkə heç bir halda nüvə arsenalını ilk olaraq işə salmayacaq. Rusiya ikinci mövqedə də qalmayacaq, "çünki bizim ərazimizə nüvə zərbəsi endirildiyi halda tətbiq imkanı xeyli məhduddur".
 
Dəlilər rus mədəniyyətini ləğv edir
 
Ruslarla bağlı nə varsa, o cümlədən rus mədəniyyətini ləğv edən ölkələr özlərinə zərər vurub, Rusiya lideri deyib. 
 
"Əlbəttə, bu, ağısızlıqdır. Onlar bununla özlərini dünya mədəniyyətinin bir hissəsindən məhrum edirlər", - Putin izah edib.
 
O, Türkyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərini misal çəkib. Ərdoğan Qərbdə rus mədəniyyətinin ləğv edilməsini nasistlərin klassiklərin kitablarının yandırması ilə müqayisə edib. Lakin xaricdə belə vəziyyətin cəfəng olduğunu anlayan sağlam düşüncəli insanlar onsuz da var.
 
"Riyakar Qərb"
 
Bundan başqa, Putin BMT yanında İnsan haqları Şurasının və bir sıra digər beynəlxalq hüquq-müdafiə təşkilatlarının "riyakarcasına qərəzli" olduğunu bəyan edib.
 
"Biz görürük ki, insan haqları doktrinası dövlətlərin suverenliyinin dağıdılması, Qərbin siyasi, maliyyə-iqtisadi və ideoloji dominantlığına haqq qazamdırılması üçün istifadə edilir", - Kreml rəhbəri vurğulayıb.
 
O, Qərbdə hüquq-müdafə təşkilatlarının yaradılmasının mənasının Rusiya və postsovet respublikalarının siyasətinə təsir göstərmək olduğunu deyib. Xaricdə Rusiyanı ikinci sort dövlət hesab edirlər.
 
Qərb ölkələri Donbas sakinlərinin və Rusiyanın maraqlarını görməzdən gəlib. Onlardan yalnız "üzətüpürməyi" gördük, bu isə gizli rusofobiyadır, Putin belə hesab edir.
Link kopyalandı!
Son xəbərlər