Bizi sosial şəbəkələrdən izləyin:
...Azərbaycanlılarla birgə heç bir keçid məntəqəsinin olmayacağını bildirdi...
“Yəqin ki, ermənilər generalın qorxusundan onun dediklərini təhrif etməzlər...”
Rusiyanın "sülhməramlı" adlanan hərbi kontingentinin komandanı, general-mayor Andrey Volkov bu gün Xankəndindəki separatçı-terrorçu rejimin qanunsuz "qanunverici orqanı"nın 5 fraksiyasının rəhbərlərini qəbul edib.
Moderator.az xəbər verir ki, bu haqda erməni mənbələri məlumata yayıb.
Görüş zamanı həm Azərbaycanın "təxribatları", həm də Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi qurulacağı barədə bəyanat müzakirə olunub. Volkov görüşdə Laçın yolunda azərbaycanlılarla birgə heç bir keçid məntəqəsinin olmayacağını bildirib.
Volkova onun çıxışları barədə Azərbaycan telekanallarında yayılan videolarla bağlı sual verildikdə Rusiya "sülhməramlı" qüvvələrinin komandiri guya onun çıxışının redaktə olunduğunu və kontekstdən çıxarıldığını deyib.
Xatırladaq ki, ötən bir ildən çox müddətdə general Volkov dəfələrlə separatçı-terrorçu rejim nümayəndələri ilə görüşüb.
P.S. Yəqin ki, ermənilər generalın qorxusundan onun dediklərini təhrif etməzlər...
Sultan Laçın