Messidən daha bir REKORD - VİDEO
148
15 Oct 2025 | 09:28

Messidən daha bir REKORD - VİDEO

Argentina millisinin futbolçusu Lionel Messi futbol tarixində yeni rekorda imza atıb.

Bizim.Media xəbər verir ki, 38 yaşlı hücumçu buna Puerto Riko yığmasına qalib gəldikləri yoldaşlıq matçında iki məhsuldar ötürmə verməklə nail olub.

Komandadakı assistlərinin sayını 60-a çatdıran ulduz forvard millilərdə bunu ən çox bacaran oyunçu adına sahib çıxıb.
 

Braziliyalı Neymar və ABŞ-dan olan Lendon Donovan (hər ikisi 58 assist) növbəti sıralarda qərarlaşıblar.


Qeyd edək ki, Argentina Pueto Rikonu 6 cavabsız qolla üstələyib.



Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər