"Roqozin NATO geyiminə bürünüb, "Vaqner" döyüşçüləri isə hərbi-siyasi blokun nümayəndələrini diqqətlə izləyir..."
"Hesab edirəm ki, bu cür səfərlər tamamilə faydasızdır və heç bir nikbinlik gətirmir..."
"
Əgər Dmitri Roqozin "Vaqner" özəl hərbi şirkəti döyüşçülərinin mövqelərinə yaxınlaşarsa, bu, onun üçün pis qurtara bilər.
Moderator.az xəbər verir ki, "Vaqner" özəl hərbi şirkətin sahibi Yevgeni Priqojin KİV-lərin "Roskosmos"un sabiq rəhbərinin, guya, "vaqnerçilər"lə görüşü barədə məlumatları "Rex" informasiya agentliyiə belə şərh edib.
Priqojin xatırladır ki, Roqozin "NATO geyiminə" bürünüb, "Vaqner" döyüşçüləri isə cəbhədə hərbi-siyasi blokun nümayəndələrini diqqətlə izləyir.
Priqojin Roqozinin "cəbhə" səfərlərini neqativ qiymətləndirib: "Biz artıq görürük ki, bizim peyklər necə gözəl uçur və biz bu istiqamətdə irəliləmişik. Hesab edirəm ki, bu cür səfərlər tamamilə faydasızdır və heç bir nikbinlik gətirmir",- "Konkord" şirkətinin mətbuat xidməti qeyd edib.
Agentliyin məlumatında qeyd edilir ki, keçmişdə Rusiya baş nazirinin müavini olaraq hərbi sənaye kompleksinin işini koordinasiya edən Roqozin fəal şəkildə "r
"Ratnik" döyüş ekipirovkasını irəliyə aparıb.
"Dmitri Oleqoviç hazırda Priqojinin bəyanatını şərh edə bilmir. Çünki Donbasda səfərdədir və onunla əlaqə mümkün deyil",- "Moskovskiy komsomolets" nəşri Roqozinin nümayəndələrinin cavabından iqtibas gətirib.
Bundan öncə Rusiya KİV-ləri məlumat verib ki, oktyabr ayında Donbasa səfəri zamanı Roqozin özünə "Kosmos" şərti ad seçib.
Noyabrın sonunda "MO" telegram kanalı Dmitri Roqozinin fotosunu dərc edib və iddia edib ki, dəyəri 1 milyon rubl olan NATO geyimində "NATO-ya qarşı döyüşür".
2018 - 2022 ci illərdə Roqozin kosmik fəaliyyət üzrə "Roskosmos" dövlət korporasiyasına rəhbərlik edib. Bu müddət ərzində idarə dəfələrlə bir çox sahələr üzrə, o cümlədən yeni daşıyıcı raketlərin işlənib hazırlanmasında qeyri-sistemlikdə və ya qeyri-ardıcıllıqda, kosmik agentliyin həddən artıq "şişməsində", Rusiyanın bütün kosmik sahəsinin təşkilati böhranında tənqidə məruz qalıb.
2022-ci ilin iyulunda "Meduza" nəşri Kremlə yaxın olan mənbələrə istinadən məlumat verib ki, Roqozin Putinin sevimlisidir və "prezident ona çoxdan rəğbət bəsləyir".
Roqozin "Roskosmos" rəhbərliyi postundan istefa verdikdən sonra Rusiya KİV-ləri böyük ehtimalla güman edib ki, o, işğal edilmiç ərazilərə "rəhbərlik edə" və ya prezident administrasiyasında işə keçə bilər.