MTN generalı AZADLIĞA BURAXILDI
3019
11 Oct 2025 | 12:29

MTN generalı AZADLIĞA BURAXILDI

2021-ci ilin aprelində həbs olunan keçmiş Milli Təhlükəsizlik Nazirliyinin generalı olmuş Nizami Şirinov azadlığa buraxılıb.

Bizim.Media Musavat.com-a istinadən xəbər verir ki, o, saxlandığı 9 saylı cəzaçəkmə müəssisəsindən oktyabrın 7-də cəza müddətinin bitməsi ilə əlaqədar azad edilib.

Qeyd edək ki, məhkəmənin qərarları ilə Nizami Şirinovun rütbəsi alınıb.

Nizami Şirinov səkkiz il azadlıqdan məhrum edilmişdi. Apellyasiya Məhkəməsi cəzanı altı ilə, Ali Məhkəmə isə 4 il 6 aya endirmişdi.

N.Şirinov MTN Akademiyasına qəbuldan tutmuş orduda vəzifəyə təyinata qədər, hər addımı pulla həll edib.
 

Məhkəmədə sübuta yetirilib ki, Nizami Şirinov zərərçəkmiş şəxslərdən – Dilşad Aslanovdan 80 min dollar, ehtiyatda olan polkovnik Mirzəli Yusifovdan 315 min dollar, Vüqar Ağayevdən 1 milyon 857 min manat dəyərində əmlak, Emin Abbasovdan 200 min manat və 50 min dollar, Rahib Ağayevdən isə 150 min dollar alıb.


Məhkəmə onun general-mayor rütbəsindən məhrum edilməsi barədə Prezidentə təqdimat göndərib, 180 min manatlıq əmlakının müsadirəsinə qərar verib.

Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər