Bizi sosial şəbəkələrdən izləyin:
Birləşmiş Ştatlar cümə günü nüvə silahı daşıya bilən yeni nəsil "B-21 Raider" strateji bombardmançı təyyarə təqdim edib.
Mərasim Kaliforniya ştatının Palmdeyle şəhərindəki "Northrop Grumman" korporasiyasının zavodunda keçirilib.
Moderator.az xəbər verir ki, bu barədə SİTA agentliyi məlumat yayıb.
ABŞ Hərbi-Hava Qüvvələri son 34 ildə ilk dəfə yeni nəsil bombardmançı təyyarə təqdim edib.
"Defense News" həftəliyinin məlumatına görə, B-21-in sələfi olan "B-2 Spirit" 1988-ci ilin noyabrında istehsal edilib.
B-2 ilk uçuşunu 1989-cu ilin iyul ayında həyata keçirib.
Yeni təyyarə "stels" maskalanma texnologiyası ilə təchiz edilib.
Onun yaradıcısı "Northrop Grumman" bəyan edir ki, bu, dünyada ilk altıncı nəsil bombardmançısıdır.
O, döyüş sursatlarını həm adi, həm də nüvə rejimində daşıya bilər.
Təyyarə həmçinin buludlu texnologiyalarla işləyir, bu da döyüş vəzifələrinin icrasına nəzarət üçün onun "rəqəmsal əkizini" yaratmağa imkan verir.