"Rusiya öz dəhşətli cinayətlərinə, o cümlədən suveren dövlətə qarşı təcavüzkar cinayətlərinə görə cavab verməlidir..."
Fransa Avropa və Ukrayna tərəfdaşları ilə birgə Rusiyanın Ukraynada cinayətləri üzrə xüsusi tribunal yaradılması işlərinə başlayıb.
Moderator.az xəbər verir ki, bu barədə "Nastoyaşşeye vremya" nəşri məlumat yayıb.
"Rusiyanın Ukraynada təcavüzü nəticəsində törədilən cinayətlərə görə cəzasızlıqla mübarizə Fransa üçün prioritet təşkiı edir. Biz qüvvələrimizi həm Ukraynanın ədalət məhkəməsi sisteminə, həm də Beynəlxalq cinayət məhkəməsinə dəstək üçün səfərbər etmişik, onlar qərəzsiz və müstəqil araşdırma aparmağa, bununla da bu cinayətlərdə günahı olanların məsuliyyətə cəlb edilməsini təmin etməyə səlahiyyətlidir", - məlumatda deyilir.
Fransanın xarici siyasət idarəsi Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayyenin sözlərini xatırladıb, o, bir gün öncə Rusiyanın Ukraynada hərəkətlərinin araşdırılması və məhkəmə təqibi üçün BMT-nin himayəsi altında xüsusi tribunalın yaradılması təklifi haqqında bəyan edib.
"Biz beynəlxalq birliklə bu xüsusiləşdirilmiş məhkəməyə maksimal olaraq geniş dəstək verilməsi üçün işləməyə hazırıq", - o, deyib. Onun sözlərinə görə, Rusiya "öz dəhşətli cinayətlərinə, o cümlədən suveren dövlətə qarşı təcavüzkar cinayətlərinə görə" cavab verməlidir.
Rusiyanın BMT-nin Cenevrədəki mənzil-qərargahda daimi nümayəndəsi Gennadi Qatilov bəyan edib ki, istənilən mexanizmin, üstəlik, BMT-nin himayəsi altında beynəlxalq tribunalın yaradılması BMT Təhlükəsizlik Şurası tərəfindən sanksiyalar tələb edir. "Anlamaq lazımdır ki, Şuranın bu məsələ üzrə qərarı çətin ki, qəbul edilsin", - o, deyib.
Rusiyanın Ukaynaya tammiqyaslı hərbi müdaxiləsindən bir neçə gün sonra prezident Vladimir Zelenski bəyan edib ki, Ukrayna rəsmən Haaqada BMT-nin Beynəlxalq məhkəməsinə Rusiyanın məsuliyyətə cəlb edilməsi üçün Rusiyaya qarşı iddia ilə müraciət edib.
Oktyabr ayında Avropa Şurasının Parlament Assambleyası (AŞPA) qətnamə qəbul edərək, xüsusi beynəlxalq tribunalın yaradılmasını sürətləndirməyə çağırış edib.