Ekskluziv
3868
02 Dec 2022 | 13:40

"Xalq, sadəcə, dinləyici olmaq istəmir, həm də nəticələr barədə hesabat tələb edir..."

"Gəlin, etiraf edək ki, ölkədə az qala hər şey Qərb istehsalıdır..."
 
"Böyük məqsədlər naminə məhdudiyyətlərə dözərik" bəyanatları daha keçərli deyil..."
 
"Rusiya hələ də uzaq magistral təyyarələr, gündəlik həyatda lazım olan smartfon və planşetlər istehsal etməyib..."
 
Rusiyalı təbliğatçılar idxal əvəzetmənin iflasa uğradığını etiraf edib
 
Rusiyalı təbliğatçı Vladimir Solovyov özünün Telegram-kanalında həmkarı Yevgeni Popovun "Rossiya-1" telekanalında "60 dəqiqə" verilişinin efirində çıxışını şərh edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "QORDON" İnternet-nəşri yazıb.
 
Popov öz həyat yoldaşı, rusiyalı təbliğatçı Olqa Skabeyeva ilə birgə "60 dəqiqə" verilişinin aparıcısıdır. O, Rusiyada beynəlxalq sanksiyalar şəraitində idxal əvəzetməsinin gedişindən narazılığını bildirib.
 
Popov hazırda Rusiya ərazisində olan Qərb mülkiyyəti və aktivlərinin milliləşdirilməsi ideyasının Rusiyada müzakirə edilməsini şərh edərək ölkədə istifadə edilən alman istehsalı olan "Sapsanlar"la bağlı vəziyyətin necə olacağı barədə düşünməyi təklif edib.
 
Onun fikrincə, milliləşdirmə baş verəcəyi təqdirdə rusiyallların hərəkət etməyə heç nəyi olmayacaq, zəng etmək, imkanı aradan qalxacaq, uçuşlarla bağlı problemlər yaranacaq, çünki Rusiya özünün uzaq magistral təyyarələrini hələ də yaratmayıb. O, rusiyalılara ölkədə "hər şeyin Qərb istehsalı" olduğunu etiraf etməyə çağırış edib.
 
"Mənim tanışım Jenya Popov bəzən bütün şablonları qırmağa qadirdir. Ümumi rəydən fərqli olaraq, o, Rusiyadakı problemlərə kifayət qədər kəskin münasibət sərgiləyir. Xüsusi əməliyyatdan ötən doqquz aydan sonra xalq, sadəcə, dinləyici olmaq istəmir, həm də nəticələr barədə soruşmağa başlayıb", - Solovyov Popovun monoloquna belə şərh yazıb.
 
Solovyov qey edib ki, "xalq Rusiyanın özünün törətdiyi və uğursuz inkişaf edən müharibənin təkcə taktikası ilə deyil, həm də idxal əvəzetməsinin iflasına görə məsul olanlarla da maraqlanır.
 
"İnsanlar bir suala cavab istəyir: bundan sonra nə baş verəcək? Onlar dünyada "Sapsan" tipli qatarların çoxdan olduğu zamanda köhnə qatarlarda hərəkət etmək istəmir. Uçuşlar da rəhlükəsiz olmalıdır. Həm də 10 il ərzində hələ də istehsal etmədiyimiz
smartfon və planşetlər də gündəlik həyatda lazımdır", - təbliğatçı düyib.
 
O, etiraf edib ki, rusiyalıların "böyük məqsəd uğrunda mübarizə aparırıq və öz suverenliyimiz naminə məhdudiyyətlərə dözürük" bəyanatları daha keçərli deyil.
 
"Bizim siverenliyimiz insanların heç nəyi olmadığı 90-cı illərə bənzəsə, bunun mənası olmayacaq. Suverenlik odur ki, biz ən yaxşısını yaradırıq və heç kimdən asılı olmuruq, hətta başqalarını öz məhsulumuzdan asılı vəziyyətə salırıq. Yalnız belə ola bilər", - Solovyov bəyan edib.
 
Link kopyalandı!
Son xəbərlər