Putin baş separatçı Arayik Arutyunyanı qəbul edib?..-İrəvanda
Ekskluziv
4429
01 Dec 2022 | 14:50

Putin baş separatçı Arayik Arutyunyanı qəbul edib?..-İrəvanda "Dvin" otelində...

"Bu məlumat yalan olsa da belə, fakt odur ki, Arayik illərdir, məhz Putin rejiminin və ordusunun himayəsində bəslənir. Və Xankəndində rahatca oturub hər gün Şuşa, Ağdam, Xocalı, Xocavənd, Tərtər və s. istiqamətlərdə Azərbaycan əsgərinə atəş açmaq əmri verir..."
 
Noyabrın 23-də Rusiya prezidenti Vladimir Putin Ermənistanda olarkən Azərbaycan torpağında Rusiya hərbi kontingentinin himayəsində bəslənən baş separatçı-terrorçu Arayik Arutyunyan da onun qəbulunda olub.
 
Moderator.az xəbər verir ki, bu haqda  "Johovurd” qəzeti öz mənbələrinə istinadla yazır.
 
“Görüş “Dvin” otelində baş tutub. Bu o deməkdir ki, Rusiya Federasiyası Vladimir Putin səviyyəsində Arayik Arutyunyanı Artsaxın lideri kimi qəbul edir və ona güvənir: baxmayaraq ki, Artsaxda yeni dövlət naziri - Ruben Vardanyan var. Əldə etdiyimiz məlumata görə, görüş Vladimir Putin - Arayik Arutyunyan formatında baş tutub”, - deyə erməni nəşri bildirir.
 
Bu məlumatı dəqiqləşdirmək üçün "Johovurd" separatçı rejim başçısının Xankəndindəki ofisinə müraciət edib. Orada görüş haqqında şayiələri kəskin şəkildə təkzib ediblər.  Qondarma qurumdan bildiriblər ki,  Arayik deyilən günlər  Qarabağda olub və qəzetin aldığı məlumat doğru deyil, belə bir görüş olmayıb...
 
P.S. Bu informasiya yalan olsa da belə, fakt odur ki, Arayik illərdir, məhz Putin rejiminin və ordusunun himayəsində bəslənir. Onu iki ildir İnterpolla arasaq da, həbs edə bilmirik, o da Xankəndində rahatca oturub hər gün Şuşa, Ağdam, Xocalı, Xocavənd, Tərtər və s. istiqamətlərdə Azərbaycan əsgərinə atəş açmaq əmri verir...
 
Sultan Laçın
Link kopyalandı!
Son xəbərlər