“Ana olandan sonra sənətdən uzaqlaşmaq istəmirəm, amma indidən...”
7419
30 Nov 2022 | 21:17

“Ana olandan sonra sənətdən uzaqlaşmaq istəmirəm, amma indidən...”

“O dünyaya gəlişi ilə mənə ad günü hədiyyəsi olacaq, mən də dekabrda doğulmuşam”
 
“Ana olmağa hazırlaşmaq çox gözəl bir hissdir. Allah bu hissi hamıya qismət etsin. Allah bütün övlad gözləyən valideynləri arzusuna çatdırsın. Qızıma ad da düşünmüşük. İnşallah ki, sağ-salamat dünyaya gəlsin, adını Ayla qoyacağıq. Ayla mənim ən çox sevdiyim adlardan biridir. Mən özüm də dekabrın 28-i doğulmuşam, o məndən öncə dünyaya gələcək. Dünyaya gəlişi ilə doğum günümə hədiyyə olacaq. Hədiyyəmi öncədən alacağam. Həyəcanlı deyiləm desəm yalan olar”.
 
Bunu Moderator.az-a açıqlamasında məşhur müğənni Sevda Yəhyayeva deyib. O daha sonra əlavə edib.
“Hamiləliyimlə əlaqədar çox çəki almamışam, çünki yürüşlərdə oluram, özümə, yeməyimə diqqət edirəm. Bundan əlavə sənətlə də aktiv məşğul oluram. Yeni mahnımı, klipimi və fotosessiyamı təqdim etdim. Toylara da gedirəm. Gələn həftədən yəqin ki, artıq hər şeyə “stop” deyəcəm” deyə müğənni bildirib.
 
“Ana olandan sonra sənətdən uzaqlaşacaqsınız?” sualına müğənni belə cavab verib.
 
“Çox uzun müddət yəqin ki, sənətdən uzaqlaşmayacam. Yəqin ki, qısa müddətdən sonra tamaşaçılarımla görüşəcəyəm. Amma yenə deyirəm, indidən heç nəyi dəqiq deyə bilmirəm. Təki sağlıq olsun. Artıq efirlərə çıxmıram” deyə müğənni bildirib.
 
Müğənni çəkdirdiyi kliplərdən də danışıb və onlara lazımı qədər pul xərclədiyini bildirib.
“Ümumiyyətlə mənim ucuz klipim yoxdur. Dostlarımla işləməyimə baxmayaraq mən hər zaman kiplərimə pul xərcləmişəm. İşlərimə-fotosessiyalarıma, geyimlərimə, konsertlərimə, kliplərimə, görkəmimə ən yaxşı maliyyəni xərcləmişəm. Qazancımın 90 faizi işlərimə gedir. Ən böyük arzularımdan biri də konsert proqramı keçirməyimdir. Yəqin ki, gələn il baş tutacaq. İnşallah deyək. Bizdə hər zaman xaricdən gələn müğənnilərə böyük maraq olur. Bu da qonaqpərvər millət olduğumuzdan xəbər verir. Çox istərdim ki, eyni münasibəti bizim sənətçilərimizə qarşı da görüm” deyə sənətçi bildirib.
Link kopyalandı!
Son xəbərlər