Ermənilərin 60%-i Azərbaycana qarşı silahlanmağı zəruri hesab edir - RƏY SORĞUSU
4405
30 Nov 2022 | 09:20

Ermənilərin 60%-i Azərbaycana qarşı silahlanmağı zəruri hesab edir - RƏY SORĞUSU

Ermənistan sakinlərinin 59,4%-i hesab edir ki, Azərbaycana  qarşı silahlanmaq, ona layiqli cavab vermək və ölkə ərazisini qorumaq lazımdır.
 
Moderator.az xəbər verir ki, bunu “Gallup International”ın keçirdiyi sorğu sübut edir.
 
Bununla yanaşı, respondentlərin 14,1%-i dinc danışıqlar prosesinin intensivləşdirilməsinin zəruri olduğunu düşünür. Eyni zamanda, 10% Ermənistanın təhlükəsizliyini təmin etmək üçün Qərb ölkələrinə, 8,8% isə Ermənistanın ərazi bütövlüyünü qorumaq üçün Rusiyaya üz tutmağın zəruri olduğunu düşünür. 5%-i bu suala cavab verməkdə çətinlik çəkib.
 
Telefon sorğusu noyabrın 2-dən 12-dək aparılıb və 1100 vətəndaş iştirak edib.
Link kopyalandı!
Son xəbərlər