Stepan Danielyan:
Ekskluziv
4270
29 Nov 2022 | 11:13

Stepan Danielyan: "Böyük Britaniyaya Zəngəzur dəhlizi lazımdır"

Fransa Azərbaycandan hansısa mədəni qoparmayana qədər dincəlməyəcək. Rusiya da öz maraqlarını rəhbər tutur, bu da təbiidir, amma indi məğlubiyyət mərhələsindədir.
 
Bu barədə politoloq Stepan Danielyan Facebook səhifəsində yazıb.
 
“British Petroleum Azərbaycanın digər sektorlarına qoyulan on milyardlarla sərmayələri nəzərə almasaq belə Azərbaycana 80 milyard dollara yaxın sərmayə qoyub. Buna Mərkəzi Asiyaya, o cümlədən enerji sahəsinə on milyardlarla dollarlıq Britaniya sərmayəsini də əlavə etmək lazımdır və bunun üçün Böyük Britaniyaya Rusiya və İran ərazisindən yan keçməklə enerji nəqli üçün türk dünyasını iqtisadi cəhətdən birləşdirəcək Zəngəzur dəhlizi lazımdır. 
 
Onu da nəzərə alaq ki, 2020-ci il müharibəsindən sonra noyabr ayında Türkiyəyə 18 milyard, eləcə də hərbi sektora 100 milyon əlavə sərmayə qoyulub. Qarabağ müharibəsinin “uğurlu kampaniyasının” nəticəsi budur. Bu, Qarabağ müharibəsinin geosiyasi səbəblərindən sadəcə biridir. Digər məqamları bir kənara qoyaq.
 
İndi Fransaya gedək. Fransanın Total şirkəti Azərbaycana cəmi 1 milyard, digər sektorlarla birlikdə cəmi 3 milyard sərmayə qoyub (bu, Azərbaycanın Fransaya yatırdığı sərmayələrin təxminən 6 milyard təşkil etdiyi halda belədir), həmçinin 2017-ci ildə Total Trampın nüvə proqramından çıxmasından sonra İrana 4,8 milyard sərmayə qoyub. İranla razılaşmadan çıxandan sonra Fransa özünü qurban hesab edir.
 
Böyük Britaniya Aİ-dən çıxdıqdan sonra Fransa-Britaniya rəqabəti daha da güclənib və indi Fransa Azərbaycanın enerji resurslarının Avropaya çatdırılmasının qarşısını almaqla Britaniyaya cavab zərbəsi endirmək istəyir. Buna görə də Fransa Senatı fəallaşıb. Fransa Azərbaycandakı bəzi mədənləri ələ keçirməyənə qədər, yəqin ki, sakitləşməyəcək. Rusiya da öz maraqlarını rəhbər tutur, bu da təbiidir, amma indi məğlubiyyət mərhələsindədir.
 
Şəxsi heç nə yoxdur, sadəcə biznes var.
 
Burada qeyri-adi də heç nə yoxdur, insanlar bizneslə məşğuldurlar, amma bunu həyatı oriyentasiya baxımından qəbul edən kütləyə necə izah etmək olar...” deyə yazıb.
Link kopyalandı!
Son xəbərlər