İsveçdə saxlanılan rus casus cütlüyü BKİ agentləri ilə qonşuluqda yaşayırdı - Bellingcat
3428
27 Nov 2022 | 20:54

İsveçdə saxlanılan rus casus cütlüyü BKİ agentləri ilə qonşuluqda yaşayırdı - Bellingcat

Xristo Grozev, İsveçdə casusluqda şübhəli bilinərək saxlanılan ər-arvadın Moskvada Baş Kəşfiyyat İdarəsinin (BKİ) agentləri ilə eyni binada mənzil sahibi olduğunu açıqlanıb.
 
Rusiya xüsusi xidmət orqanlarının nümayəndələri, əlaqələrini izləmək üçün istifadə edilə bilən məlumatların ictimaiyyətə açıq olması səbəbindən dəfələrlə uğursuzluğa düçar olurlar.
 
Moderator.az xəbər verir ki, bu barədə Bellingcat araşdırma qrupunun təsisçisi Eliot Higgins Twitter-də yazıb.
 
Higginsə görə, Bellingcat-ın liderlərindən biri Xristo Grozev 22 noyabrda İsveçdə casusluqda şübhəli bilinərək saxlanılan ər-arvadın 1999-cu ildən Moskvada, ictimaiyyətə "ifşa edilmiş" Rusiya Federasiyası BKİ-nin agent və rəhbərləri ilə eyni binada mənzil sahibi olduqlarını açıqlayıb. 
 
Bundan əvvəl mediada saxlanılanların adları hallanırdı - bunlar Sergey Skvortsov və Yelena Kulkovadır. Mövcud məlumatlara görə, 1999-cu ildən onlar və onların ailə üzvləri Moskvada Sorge küç. 36 ünvanında yaşayıblar.
 
Həmin evdə mənzillərdən biri Böyük Britaniyada Sergey Skripalı zəhərləməkdə şübhəli bilinən BKİ-nin hərbi kəşfiyyatının zabiti Denis Sergeyevə məxsusdur. Hiqqins qeyd edib ki, Sergey Fedotov adı ilə Sergeev 2015-ci ildə bolqar biznesmen Emelyan Gebrevin zəhərlənməsində iştirak edib.
Link kopyalandı!
Son xəbərlər