"Ölkə prezidentinə Saakaşvilini dərhal əfv etməyə və bununla onun həyatını xilas etməyə çağırış edilib..."
"Böyük ehtimalla, Saakaşvili intoksikasiyanın qurbanı olub..."
"O, işgəncələrə, qeyri-insani davranışa, mümkün zəhərləndirilmə cəhdinə məruz qalıb..."
"Əgər intoksikasiya versiyası təsdiq edilərsə, diplomatik korpusa müraciət ediləcək..."
Gücüstanın sabiq prezidenti Mixail Saakaşvili mümkündür ki, zəhərləndirilib. Bu nəticəyə xarici ekspertlərlə birgə keçirilən müstəqil ekspertizanın gedişində həkim və "Empatiya" qeyri-hökumət təşkilatının rəhbəri Mariam Cişkariani gəlib.
Moderator.az xəbər verir ki, bu barədə "Qazeta.ru" nəşri məlumat yayıb.
Həkimlərin fikrinə görə, Gürcüstan məhkəməsi tərəfindən altı il müddətinə azadlıqdan məhrum edilən Saakaşvilinin orqanizmində üç ağır metalın mövcudluğunu aşkar edən analizlərin nəticələri zəhələndirilmə versiyasını təsdiq edir.
"Böyük ehtimalla, Saakaşvili intoksikasiyanın qurbanı olub, biz bunun sonrakı təsdiq edilməsini gözləyirik, - Cişkariani deyib. - O, işgəncələrə, qeyri-insani davranışa, mümkündür ki, zəhərləndirilmək cəhdinə məruz qalıb...Tüklərində üç ağır metal aşkar edilib".
Mariam Cişkariani ölkə prezidenti Salome Zurabişviliyə Saakaşvilini dərhal əfv etməyə və bununla da "onun həyatını xilas etməyə" çağırış edib.
Məhkum edilən siyasətçinin vəkili Şalva Xaçapuridze öz növbəsində bəyan edib ki, əgər nəticədə intoksikasiya təsdiq edilərsə, hüquq müdafiəçiləri və Saakaşvilinin ailə üzvləri diplomatik korpusa müraciət edəcək və buna münasibət bildirməyi xahiş edəcək.
Bundan öncə xəbər verildiyi kimi, həkimlər Saakaşvilinin oqanizmində yüksək miqdarda civə və digər ağır metallar aşkar edib. Bu barədə siyasətçinin anası Qiuli Alasaniya "Mtavari Arxi" telekanalına danışıb.
Onun sözlərinə görə, müayinə dəvət edilən müstəqil gürcü və əcnəbi mürəxəssislər tərəfindən aparılıb. Civədən başqa, tibbi rəydə barium və tallium da göstərilib. Bu maddələrin Saakaşvilinin orqanizminə necə düşməsi bəlli deyil.
Alasaniya vurğulayıb ki, onun oğlu uzun müddətdir ki, həbsxanada təcrid edilib və özü-özünü zəhərləyə bilməzdi. Onun fikrincə, Saakaşvilinin acınacaqlı vəziyyətini qismən izah edən ağır metallarla zəhərləndirilməsi onun dərhal azad edilməsi üçün əsasdır.
Noyabrın 8-də Saakaşvilinin vəkili məlumat verib ki, sabiq prezidentdə vərəm, demensiya diaqnozu qoyulub və "söhbət daha 34 xəstəlikdən gedir".