Ekskluziv
3870
24 Nov 2022 | 12:35

"Putindən irin, ölüm və qan qoxusu gəldiyindən, onun yanında dayanmaq mümkün deyil"

"Yalnız Vladimir Putin sakitcə dayanaraq bir ayağını götürüb digərini qoyub..."
 
KTMT ölkə liderləri Putindən məsafə saxlamağa çalışır...
 
MDB ölkə liderləri Rusiya prezidenti Vladimir Putindən birgə fotolarda uzaq durmağa çalışır. İrəvanda KTMT-nin görüşündə protokol fotoşəkilə hazırlığın videoyazısına baxandan sonra belə təəssürat yaranır.
 
Moderator.az xəbər verir ki, bu barədə "Telegraph.news" saytı yazıb.
 
 
Dərc edilən kadrlardan görünür ki, Ermənistanın baş naziri Nikol Paşinyan Putin tərəfə baxmamağa çalışır. O, Qırğızıstan lideri Sadır Japarovla nədənsə söhbət edir.
 
Bişkek nümayəndəsi ilə söhbətdən sonra Paşinyan gözucu Rusiya prezidentinə tərəf boylanaraq sanki onun gözlərinədək məsafəni ölçür.
 
Ermənistanın baş naziri məsafəni rahat hesab edərək, yaxınlaşmaqdan vaz keçib. Bu zaman görünür ki, Paşinyan Japarova Putindən daha yaxın dayanıb.
 
Digər tərəfdən, Rusiya prezidentindən sonra onun tacik həmkarı Emoməli Rəhmon dayanıb. O, ümumiyyətlə, Putin tərəfə baxmır, KTMT-nin baş katibi ilə söhbət edir. Bu zaman Rəhmon Rusiya prezidentindən "fəxri" məsafədə dayanıb.
 
Mətbuat xidməti tərəfindən təqdim edilən videodan görünür ki, KTMT ölkə liderləri bir-birilərilə fəal surətdə ünsiyyətdə olub.
 
Yalnız Vladimir Putin sakitcə dayanaraq bir ayağını götürüb, o birisini qoyub.
 
Jurnalist Aleksandr Nevzorov bu kadrları belə şərh edib:
 
"Ehtimal ki, Putindən irin, ölüm və qan qoxusu gəldiyindən, onun yanında dayanmaq mümkün deyil".
Link kopyalandı!
Son xəbərlər