Ekskluziv
3679
22 Nov 2022 | 18:35

"Rusiyanın Vyetnama görə cavab vermək zamanıdır..." - Respublikaçı senator

"Biz Vyetnam və Koreyada vuruşanda ruslar düşmənlərimizə həm təyyarələr, həm də pilotlar verib..."
 
"Biz Ukraynaya yardımda  "Stinger"lərdən HIMARS-laradək "böyümüşük", indi isə NASAMS sistemlərinin tədarükünə keçmişik..."
 
Amerikanın respublikaçı senatoru Ukrayna Silahlı Qüvvələrinə ən müasir silahlar verməyə çağırış edib
 
Amerikanın respublikaçı senatoru Cim Riş ABŞ prezidenti Co Bayden administrasiyasına Ukraynaya F-16 qırıcılarını, habelə daha çox NASAMS HHM sistemlərini tədarük etməyə çağırış edib.
 
Moderator.az xəbər verir ki, bu barədə o, Kanadada keçirilən Qalifaks təhlükəsizlik forumunda "Evropeyskaya pravda" ("Avropa həqiqəti") nəşrinin müxbirinə danışıb. Forumda o, Amerika Konqresinin nümayəndə heyətinə başçılıq edib.
 
"Mən Ukrayna pilotları ilə görüşmüşəm və hesab edirəm ki, onlar F-16-dan istifadə edə bilər. Bəli, müəyyən təlimə ehtiyac var, amma ciddi problemləri yoxdur", - Riş deyib və qeyd edib ki, daima Ağ evə öz tövsiyələrini verir.
 
"Kimsə deyir ki, "Yox, bunu etmək olmaz, eskalasiyaya gətirəcək". Bura baxın, biz Vyetnam və Koreyada vuruşanda ruslar bizim düşmənlərimizə həm təyyarələr, həm də pilotlar verib! ABŞ da onlara belə cavab verməlidir. Mən belə addıma səs verməyə tam hazıram", - senator bəyan edib.
 
Siyasətçi əmin edib ki, Respublikaçılar Partiyasının əksəriyyət üzvləri Ukraynanı şəksiz müdafiə edir, Ukraynaya hərbi yardım göstərilməsinin əleyhinə çıxan bir-iki nəfər belə hay-küylü bəyanatları daha çox məşhurlaşmaq üçün səsləndirir.
 
"Baxın, bu, Amerikadır, burada mütləq söz azadlığı var. Bizim 535 konqresmenimiz var, bunların arasında ABŞ-ın Ukraynaya yardım göstərilməsini dəstəkləməyənlər də var. Onların belə mövqe ifadə etmək hüququ var.
 
Kimsə belə bəyanatlar səsləndirəndə jurnalistlər, arılar şirəyə toplaşan kimi, onları əhatəyə alıb yazı üçün müsahibə alır. Bunun nəticəsi olaraq belə bəyanatlar verən adamlar daha çox tanınır. Xəbərləri dinləsək, onların səsi həm Senatda, həm də Nümayəndələr Palatasında Ukraynaya dəstək barədə danışan əksəriyyət çoxluq təşkil edən konqresmenlərin səsindən gur çıxır", - Riş qeyd edib.
 
Yeri gəlmişkən, siyasəyətçi etiraf edib ki, ABŞ "Ukraynaya yardım məsələsində irəliyə gedir".
 
"Biz "Stinger"lərdən HIMARS-laradək "böyümüşük", indi isə NASAMS sistemlərinin tədarükünə keçmişik", - senator deyib.
 
79 yaşlı senator Cim Riş beynəlxalq işlər üzrə komitənin üzvüdür, Ukraynanı dəstəkləyənlər sırasındadır. Riş dəfələrlə Ukraynanı ziyarət edib, sonuncu dəfə bu ölkədə 2022-ci ilin iyun ayında olub.
 
"F-16" (General Dynamics F-16 Fightinğ Falcon) Amerikanın dördüncü nəsil çoxfunksional yüngül qırıcı təyyarəsidir. Özünün universallığına görə dünya bazarında uğur qazanıb, 24 ölkənin silahlanmasındadır.
 
F-16 qırıcı aviasiya sahəsində Qərbin ən böyük layihəsidir. Hazırda 4000 belə təyyarə yığılıb. F-16 ABŞ HHQ üçün daha istesal edilmir, yalnız ixrac üçün buraxılır.
Link kopyalandı!
Son xəbərlər