"Rusiya baş verənləri qanlı divantutma adlandırıb və beynəlxalq təşkilatlardan insidentin araşdırılmasını tələb edib..."
Sosial şəbəkələrdə Ukrayna Silahlı Qüvvələri döyüşçüləri tərəfindən əsir düşən Rusiya əsgərlərinin güman edilən güllələnməsi əks edilən video sosial şəbəkələrdə fəal şəkildə müzakirə edilməkdədir.
Moderator.az xəbər verir ki, bu barədə "Azadlıq Radosu" məlumat yayıb.
"Qanlı Ukrayna rejimi"ndən ukraynalı hərbçilərin hərəkətlərinə haqq qazandırılmasınadək ən müxtəlif fikirlər səsləndirilir.
Videonun həqiqiliyi təsdiq edilməyib, lakin BBC-nin rus xidməti bunları aydınlaşdırmağa müvəffəq olub.
Videoda göstərilən insident noyabrın 12-də və ya daha erkən Luqansk vilayətində cəbhə xəttində Makeyevka qəsəbəsində baş verib.
Həmin gün axşam və ya noyabrın 13-də Ukrayna saytlarında drondan çəkilən kadrlar üzə çıxıb, orada rusiyalı hərbçilərin kənd evinin həyətində yerdə uzanan bədənləri görünür.
Bu materiala yazılanlarda rusiyalı əsgərlərin minaatan atəşlə qətlə yetirilməsindən danışılır, görüntülər həmçinin Ukrayna müdafiə nazırliyinin Makeyevka rayonunda döyüş əməliyyatları barədə vudeosuna daxil edilib, nəşr məlumat verib.
Noyabrın 17-də həmin insidentin başqa, bu dəfə hadisə yerində ukraynalı əsgərlər tərəfindən çəkilən kadrları üzə çıxıb.
Videoda onlar fermanın həyətindədir və sarayda gizlənən rusiyalı əsgərlərə çıxmaq əmri verilir. Ukrayna hərbçiləri silahı üzə çıxan adamlara yönəldərək, kimin zabit olduğunu və binanı hamının tərk edib-etmədiyini soruşur.
Bu kadrlarda tindən peyda olan tünd geyimdə hərbçi atəş açır, bu zaman qalan rusiyalılar yerdə uzanıb. Bundan sonra kamera yerə düşür və atəş səsləri eşidilir.
Videodan o adamın kimə atəş açması, kimin tərəfində döyüşməsi və bundan sonra nə baş verməsini ayırd etmək olmur.
BBC qeyd edir ki, silahı yerə qoyan və təslim olan kombatantın (döyüş əməliyyatlarında iştirak edən hərbçilər belə adlanır-red.) qətlə yetirilməsi və ya yaralanması hərbi cinayətdir. Lakin yalandan əsir düşmək də müharibənin aparılması qaydalarına ziddir.
Bu həftə BMT Ali komissarlığının insan haqları üzrə idarəsi hərbi əsirlərin Ukraynada müharibənin gedişində saxlanılma şəraitinə həsr edilən məruzə dərc edib.
Məruzənin hazırlanması zamanı Rusiya əsirliyində olan 159, Ukrayna əsirliyindən dönən 175 rusiyalı dindirilib.
Məruzə müəllifləri bəyan edib ki, əsirlikdə hər iki tərəf işgəncələrə məruz qalır, lakin Rusiya əsirliyində qəddar münasibət müntəzəm xarakter daşıyır.
Rusiya hakimiyyəti əsirlərin güllələnməsi videosuna hiddətlə münasibət bildirib, baş verənləri "qanlı divantutma" adlandırıb, ukraynalı hərbçiləri ittiham edib, beynəlxalq təşkilatlardan bu insidentin araşdırılmasını tələb edib.