İsveç müstəntiqləri
Ekskluziv
4239
18 Nov 2022 | 14:04

İsveç müstəntiqləri "Şimal axınları"nda qəzanın nəticələri barədə hesabat hazırladı...

"Zədələnmələr yalnız partlayışdan baş verə bilərdi..."
 
"Baş verənlərdə ABŞ, Ukrayna və Rusiyanın ünvanına ittihamlar səsləndirilib..."
 
"Ehtimal ki, bu, Rusiya tərəfindən siqnaldır və rusiyalıların Avropada sabitliyin pozulması üçün hansı vasitələrə əl ata biləcəyini göstərir..."
 
"Şimal axını-1" və "Şimal axını-2" qaz kəmərlərində qəza yerlərində kənar əşyalar və parlayıcı maddə izləri aşkar edilib, bu da sabotaj versiyasını təsdiq edir.
 
Moderator.az xəbər verir ki,  bu barədə İsveç Dövlət Təhlükəsizlik Xidmətinin məlumatında deyilir. Məlumatı "Amerikanın Səsi" radiosu yayıb.
 
Xidmətin nümayəndələri qaz kəmərlərində baş verənləri çox ciddi insident adlandırır. Tədqiqat davam edir.
 
"Bu tədqiqat kimsəyə ittiham irəli sürməyin və sonradan cinayət məsuliyyətinə cəlb etməyin mümkünlüyünü göstərməlidir", - İsveç prokurorluğu bəyan edib.
 
Sentyabrın 26-da Baltik dənizində eyni zamanda Rusiyanın qaz kəmərlərinin üç şaxəsində-biri Danimarkanın Bornholm adasının cənub-şərqində "Şimal axını-2"-də, ikisi İsveçin Simrişamn şəhərində "Şimal axını-1"-də zədələnmələr aşkar edilib.
 
"Şimal axını"nın operatoru olan "Nord Stream" şirkəti bəyan edib ki, "zədələnmələr misli görünməyən xarakter daşıyır", bərpa ediləcəyi müddətləri bəlli deyil. 
 
İsveç, Danimarka və Almaniya hakimiyyəti insidentin araşdırılmasına  başlayıb.
 
Alman ekspertləri bu nəticəyə gəlib ki, zədələnmələr yalnız partlayışdan baş verə bilərdi: boruların sualtı şəkilləri göstərib ki, onların birində 8 mm-lik deşik yaranıb. 
 
Danimarkanın rəsmi şəxsləri məlumat verib ki, qaz kəmərləri gücü 500 kq trotil ekvivalentində olan iki partlayışla zədələnib.
 
Rusiyanın qaz kəmərlərində diversiyada ittihamlar ABŞ, Ukrayna və Rusiyanın ünvanına səsləndirilib.
 
O cümlədən Polşanın baş naziri Mateuş Moravetski "Şimal axınları"nda qəzanı sabotaj adlandırıb: 
 
"Ehtimal ki, bu, Rusiya tərəfindən siqnaldır. Bu, bizi çox narahat edir. Bu onu göstərir ki, rusiyalılar Avropada sabitliyin daha çox pozulması üçün hansı vasitələrə və mexanizmlərə əl ata bilər".
 
Putin qaz kəmərlərində baş vermiş partlayışlarda "anqlosaksları" ittiham edib.
Link kopyalandı!
Son xəbərlər