AP Rusiyanı terrorizmin himayədarı kimi tanıyan qətnamənin mətnini razılaşdırıb
Ekskluziv
4270
18 Nov 2022 | 09:35

AP Rusiyanı terrorizmin himayədarı kimi tanıyan qətnamənin mətnini razılaşdırıb

Avropa Parlamentinin siyasi qrupları Rusiya Federasiyasının terrorizmin himayədarı dövlət kimi tanınmasına dair qətnamə layihəsinin mətnini razılaşdırıblar.
 
Avropa Parlamentinin üzvü Andrius Kubilius “Twitter” hesabında “Avropa Parlamentinin siyasi qrupları arasında 4 saat davam edən danışıqlardan sonra mətn üzrə razılıq əldə olunub” deyib.
 
Kubilius xüsusilə qeyd edib ki, qətnamə layihəsinin əsas məqamı belədir: “Avropa Parlamenti... Rusiyanı terrorizmin himayədarı və terror vasitələrindən istifadə edən dövlət kimi tanıyır”.
 
Avropa Parlamentinin saytında xəbər verildiyi kimi, Strasburqda növbəti iclas noyabrın 21-24-də keçiriləcək.
Link kopyalandı!
Son xəbərlər