Ekskluziv
4272
17 Nov 2022 | 09:07

"Humay Qədimovanın timsalında ikinci Ceyran Haşımova dünyaya gəlib..."

“Şöhrət ordeninə görə bir az umküsü etdim, sonra fikirləşdim ki, demək ki, belə olmalıdır”
 
“Mənim çox gözəl tələbələrim olub, onların içərisində həm əməkdar artistlər, həm də xalq artistləri çoxdur. Bununla qürur duyuram ki, əziyyətim hədər getməyib. Hər zaman “Lalə qızlar ansamblı”n da olan qızlara demişəm ki, evdə pendir-çörək yeyin, amma səhnəyə çıxanda gözəl geyinin, keçinin. Çünki tamaşası sənin evdə nə yediyini bilmir, amma efirdə sənin nə geyindiyini görür. Çünki tamaşaçılar öncə görünüşə, geyimə, sonra ifaya baxırlar. Mənim atam həm rejissor, həm də aktyor olub. Dəfələrlə Məcnun obrazını oynayıb. Mənim də çox gözəl səsim var. Çahargah muğamının mənsuriyyəsini müğənniyə oxuyub göstərmişəm, tarla yox”.
 
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Ceyran Haşımova bildirib. O daha sonra əlavə edib.
“Hər kəsin yaxşı gününü istəmişəm. Heç vaxt mal-dövlət haqqında fikirləşməmişəm. Mənim 15 il evim olmayıb, kirayələrdə yaşamışam. Fikirləşməmişəm ki, mənim evim yoxdur. Mən o qədər bu sənətə bağlı olmuşam. Heç nədən küsmürəm artıq, həyatımla barışmışam. “Şöhrət” ordeninə görə bir az umküsü etdim, sonra fikirləşdim ki, Allah təala yəqin ki, belə məsləhət görüb. Çox çətin illərdə sənətə başlamışam. Fəxri ada da gec layiq görülmüşəm. Bizim dövrümüzdə fəxri ad almaq çox çətin idi. İndi ilin əvvəlində əməkdar artist, sonunda isə xalq artisti fəxri adını alırlar. Müəyyən yaşdan sonra görürsən ki, vaxtilə sənin çəkdiyin əziyyəti, zəhməti çəkməyən adamlar fəxri ad alır, amma sənin adın yoxdur. Bu cavan olanda sənə təsir etmir, yaşa dolanda artıq hiss olunur” deyə sənətkar bildirib.
 
Xalq artisti bildirib ki, davamçısı kimi gənc tarzən Humay Qədimovanı görür.
“Bu gün tar ifaçıları içərisində öz gəncliyimi Humay Qədimovada görürəm. Humay hər alətdə ifa edir, amma ən əsas tar alətində çalır. Humay Qədimovanın timsalında ikinci Ceyran Haşımova dünyaya gəlib. Üzərində işləyən xanımdır, gözəl ifaçıdır. Elə sənət var ki, ölən gününə qədər axtarmalısan, bizim sənətimiz də onlardandır. Bizim kimi insanlar sənətkar yox, sənət fədaisidir. Çünki fədai daim axtarışla məşğul olur” deyə sənətkar bildirib.
 
Link kopyalandı!
Son xəbərlər