Rusiya telekanalı Ruben Vardanyanın müsahibəsini yayımlamaqdan imtina etdi...
Ekskluziv
5109
17 Nov 2022 | 08:51

Rusiya telekanalı Ruben Vardanyanın müsahibəsini yayımlamaqdan imtina etdi...

Rusiyanın ermənipərst "RBK" telekanalı jurnalist İlya Doronovun  Azərbaycan torpağındakı separatçı-terrorçu hayk rejiminin üzdəniraq qanunsuz "dövlət naziri" Ruben Vardanyanla anons edilmiş eksklüziv müsahibəsini təqdim etməyib.
 
Moderator.az xəbər verir ki, bu haqda R.Vardanyan öz teleqram-kanalında məlumat yayıb.
 
Rusiya jurnalisti Ermənistana xüsusi olaraq bu müsahibə üçün səfər edib.  Putinin milyarder "desantı" ilə söhbət onun tərəfindən lentə alınıb və anons edilib. Lakin "RBK" materialı yayımlamaqdan imtina edir.
 
Azərbaycan Respublikası ərazisində qanunsuz ictimai-siyasi və iqtisadi-maliyyə fəaliyyəti ilə məşğul olan R.Vardanyan həyasızcasına imtina səbəbi kimi müsahibənin anonsundan sonra  guya "Azərbaycan istifadəçilərinin sosial şəbəkələrdə İlya Doronov və onun ailə üzvlərinə fiziki zorakılıq hədələri ilə çıxış etməsi"ni göstərib...
 
Sultan Laçın
Link kopyalandı!
Son xəbərlər