Ekskluziv
3521
15 Nov 2022 | 14:58

"Ukraynaya vicdanı, suverenliyi, ərazisi və müstəqilliyi ilə güzəştlər təklif etməyə dəyməz"

"Biz Rusiyaya gözləməyə və öz qüvvələrini artırmağa imkan verməyəcəyik"
 
"İndi elə zaman yetişib ki, Rusiyanın müharibəsini dayandırmaq olar və mümkündür..."
 
"Rusiya Ukraynanın ərazi bütövlüyünü tanımalı, qoşunlarını Ukrayna ərazisindən çıxarmalı və vurulan ziyana görə kompensasiya ödəməlidir..."
 
Zelenski müharibənin dayandırılmasının 10 şərtini irəli sürüb
 
Ukrayna prezidenti Vladimir Zelenski noyabrın15-də İndoneziyanın Bali adasında başlanan G20 sammiti iştirakçıları qarşısında çıxış edib. O, bəyan edib ki, Rusiyanın təcavüzünə son qoymağın zamanı gəlib.
 
Moderator.az xəbər verir ki, bu barədə BBC nəşri məlumat yayıb.
 
 "Biz Rusiyaya gözləməyə və öz qüvvələrini artırmağa imkan verməyəcəyik...Mən əminəm ki, indi elə bir zaman yetişib ki, Rusiyanın müharibəsini dayandırmaq olar və mümkündür", - Zelenski deyib.
 
Uktayna prezidenti əmin edib ki, "Minsk-3" olmayacaq, bu zaman Ukraynanın Rusiyaya güzəştə getməyəcəyini nəzərdə tutub.
 
O, bəyan edib ki, Rusiya Ukraynanın ərazi bütövlüyünü tanımalı, öz qoşunlarını Ukrayna ərazisindən çıxarmalı və vurulan ziyana görə kompensasiya ödəməlidir.
 
 "Ukraynaya vicdanı, suverenliyi, ərazisi və müstəqilliyi ilə güzəştlər təklif etməyə dəyməz. Biz qaydalara hörmət edirik, biz sözümüzün ağasıyıq. Ukrayna həmişə sülhyaratma səylərinin lideri olub və dünya bunu görüb. Əgər Rusiya deyirsə ki, bu müharibəni bitirmək istəyir, o zaman qoy bunu əməllərilə sübut etsin", - Zelenski deyib.
 
O, Zaporojye AES-dən də danışıb və qeyd edib ki, heç kimin dünyanı nüvə fəlakəti ilə şantaj etməyə ixtiyarı yoxdur və Rusiya AES-i "istənilən an partlaya biləcək radioaktiv bombaya çevirib".
 
Ukrayna dövlətinin rəhbəri Ukraynanın Mariupolda, Buçada, digər şəhər və kəndlərində dinc sakinlərinin kütləvi qətllərini xatırladıb. O, Rusiyanın Ukraynaya qarşı cinayətkar təcavüzü ilə bağlı Xüsusi Tribunal təşkıl etməyə və müharibənin vurduğu ziyanın ödənilməsi üçün Beynəlxalq mexanizm yaratmağa çağırış edib.
 
Zelenski həmçinin Ukrayna qoşunlarının qələbəsindən sonra beynəlxalq konfrans keçirib, "müharibədən sonrakı təhlükəsizlik arxitekturasının həlledici elementini möhkəmlətməyə" və "Rusiya təcavüzünün qarşısının alınmasına" çağırış edib.
 
Zelenski Ukraynanın təkliflərini səsləndirib:
 
1. Radiasiya və nüvə təhlükəsizliyi.
 
2. Ərzaq təhlükəsizliyi.
 
3. Energetika təhlükəsizliyi.
 
4. Bütün əsirlərin və deportasiya edilənlərin azad edilməsi.
 
5.BMT Nizamnaməsinin icra edilməsi, ərazi bütövlüyü və dünya düzəninin bərpa edilməsi.
 
6. Rusiya qoşunlarının çıxarılması və döyüş əməliyyatlarının dayandırııması.
 
7. Ədalətin geriyə dönməsi.
 
8. Ekosidə (bitki və heyvan aləminin kütləvi məhvi-red.) qarşı mübarizə.
 
9. Eskalasiyaya yol veriılməməsi.
 
10. Müharibənin bitməsinin fiksə edilməsi.
 
Ukrayna lideri noyabrın 19-da təsir müddəti bitən "taxıl sazişi"nin uzadılasını və Nikolayev vilayətinədək genişləndirilməsini təklif edib.
 
Zelenski Ukraynanın "Grain From Ukraine" taxıl təşəbbüsündən də danışıb.
 
Onun sözlərinə görə, Ukrayna bu il 45 milyon ton ərzaq ixrac edə bilər:
"Qoy bunun əhəmiyyətli hissəsi ən çox əzab çəkənlərə yönəlsin. Hər bir ölkə öz tövhəsini verə, aclıq və ərzaq böhranı üzərində qələbənin memarı ola bilər".
 
Zelenski G7-nin Rusiya neftinə son qiymət həddi qoyulması təşəbbüsünü dəstəkləyib. O, BMT  missiyasının Ukraynanın kritik infrastrukturu obyektlərinə göndərilməsini sürətləndirməyi təklif edib.
 
Zelenski bütün 19 ölkəyə (Rusiya istisna olmaqla) nüvə silahının tətbiq edilməsinin yolverilməzliyi barədə dəqiq mövqelərinə görə minnətdarlıq edib.
Link kopyalandı!
Son xəbərlər