"Bu raketin meydana çıxması Yaxın Şərqdə qüvvələr nisbətində dönüş nöqtəsidir..."
"Yaxın onilliklərdə belə raketləri ələ keçirə biləcək texnologiyaların yaradıla biləcəyini düşünmürəm..."
İran İnqilanı Keşikçiləri Korpusu (İİKK) ilə əlaqəli olan "Sobh-e-Sadegh" qəzeti noyabrın 14-də ilk səhifəsində ivrit dilində baş məqalə dərc edib.
Məqalədə deyilir ki, İranın yeni hipersəsli raketi cəmi 400 saniyə ərzində Təl-Əvivə çata bilər.
Moderator.az xəbər verir ki, burədə "The Jerusalem Post" saytı məlumat verib.
Məqalə müəllifi Həmzə Pariyab müdafiə məsələləri üzrə ekspert hesab edilir.
Belə raketin meydana çıxmasını ekspert Yaxın Şərqdə qüvvələr nisbətində "dönüş məqamı" adlandırır, çünki o, raketəleyhinə müasir sistemlərin əksəriyyətinin qarşısını ala bilər.
Pariyabın sözlərinə görə, belə raketlərin köməyilə düşmənin bütün müdafiə sistemlərini məhv etmək, sonra isə maneəsiz ona qarşı pilotsuz uçuş aparatları və adi raketlərdən istifadə etmək olar.
"Sobh-e-Sadegh"-də baş məqalə müəllifi İranın hipersəsli raketə malik olması haqqında yazan ilk ekspert deyil.
Bu barədə ilk dəfə noyabrın 10-da İİKK Hava-Kosmik Qüvvələrinin komandanı general Əmir Əli Hacızadə deyib.
"İran bütün HHM sistemlərini keçən hipersəsli ballistik raket istehsal edib. O, yüksək sürətə, atmosferdə və ondan kənarda manevr etmək qabiliyyətinə malikdir.
Mən yaxın onilliklərdə belə raketi ələ keçirməyə inkan verən texologiyaların yaradıla biləcəyini düşünmürəm", - Hacızadə bəyan edib.
Hipersəsli raketlər səsin sürətindən ən azı beş dəfə yüksək sürətlə uçan raketlətdir.
Qitələrarası ballistik raketlərin də belə sürətlə uçmağına rəğmən, onlar proqnozlaşdırılan ballistik qövs üzrə hərəkət etdiyindən ələ keçirmək asanlaşır.
Hipersəsli raketlər isə manevr edərək, radarlar və müdafiə sistemlərindən yan keçə bilər.
Belə raketlər ABŞ, Rusiya, Çin və Şimali Koreyada uğurla sınaqdan keçirilib.
Bu ilin martında Rusiya Ukraynanın infrastrukturuna "Kinjal" raketi buraxıb.