Ekskluziv
3644
14 Nov 2022 | 14:44

"Ruslar Xersonda digər regionlarında olduğu kimi özündən sonra vəhşiliklər qoyub gedib..."

"Rusiyanın 400-dən artıq hərbi cinayətləri qeydə alınıb, dinc sakinlər və hərbi qulluqçuların cəsədləri tapılıb..."
 
"Düşmən Xersonda bütün krifik infrastrukturu minalayıb və vəziyyət çox təhlükəlidir...
 
"Xerson vilayətində 179 yaşayış məntəqəsi və Dnepr çayı boyunca 4500 km ərazi azad edilib..."
 
Zelenski Rusiyanı Xersonda hərbi cinayətlər törətməkdə ittiham edib
 
Ukrayna prezidenti Vladimir Zelenski rusiyalı əsgərləri ötən həftə Ukraynanın öz nəzarətinə qaytardığı Xersonda hərbi cinayətlər törətməkdə, o cümlədən dinc sakinlərin qətlə yetirilməsində ittiham edib.
 
"Müstəntiqlər Rusiyanın 400-dən artıq hərbi cinayətlərini qeydə alıb. Həlak olan dinc sakinlərin və hərbi qulluqçuların cəsədləri tapılıb".
 
Moderator.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski bazar günü gecə videomüraciətində deyib. Məlumatı "Euronews" telekanalı yayıb.
 
"Rusiya ordusu özündən sonra ölkəmizin soxulduğu digər regionlarında olduği kimi vəhşililklər qoyub gedib", - o, deyib.
 
Rusiyanın hərbi müdaxiləsi başlanandan bütün Ukrayna böyunca bir neçə yerdə kütləvi məzarlıqlar aşkar edilib. 
 
Ekspertlər Xarkov vilayətinin şimal-şərqində və Kiyev yaxınlığında Buçada mülkilərin üzərində işgəncələr izi olan cəsədlərini aşkar edib. Ukrayna Rusiya qoşunlarını bu cinayətlərin törədilməsində ittiham edib.
 
BMT-nin komissiyası oktyabr ayında bəyan edib ki, Ukraynada hərbi cinayətlər törədilib və Rusiya qoşunları müharibənin ilk həftələrində insan haqlarının pozulmasının "böyük əksəriyyəti" üçün məsuliyyət daşıyır.
 
Rusiya hərbçilərinin dinc sakinlərə hücumlarını inkar edir.
 
Bundan öncə Ukrayna hakimiyyəti bəyan edib ki, Rusiya ordusu geri çəkilərkən kritik infrastrukturu məhv edib. Regional məmurların sözlərinə görə, Xersonda evlərin çoxu elektriksiz və susuz qalıb.
 
Xerson vilayətinin qubernatoru Yaroslav Yanuşeviç məlumat verib ki, hakimiyyət yerli vaxtla saat 17:00-dan komendant saatı tətbiq etmək və təhlükəsizlik tədbirləri kimi insanlara şəhəri tərk etməyə və ya şəhərə daxil olmağa qadağa qoymaq barədə qərar qəbul edib.
 
"Düşmən bütün kritik infrastrukturu minalayıb, - Yanuşeviç Ukrayna televiziyasına deyib. - Biz  bir neçə gün ərzində görüşməyə və sonra şəhəri açmağa cəhd edirik".
 
Zelenski həmçinin Xerson sakinlərinin Rusiya tərəfindən minalanması barədə xəbərdarlıq edib. 
 
"Mən xahiş edirəm ki, Xersonda vəziyyətin çoxt təhlükəli olduğunu unutmayın", - o, deyib.
 
Ukrayna prezidentinin müşaviri Kiril Timoşenko "Telegram-kanal"ında məlumat verib ki, şəhərin mərkəzində mobil rabitə işləyir, Ukrayna dövlət dəmiryolu idarəsinin rəhbəri isə bu həftə Xersonla dəmiryolu əlaqəsinin bərpa olunacağını bəyan edib.
 
Ukrayna müdafiə nazirliyi məlumat verib ki, həftənin əvvəlindən 179 yaşayış məntəqəsi və Dnepr çayı boyunca 4500 km ərazi azad edilib.
 
Xerson vilayəti Rusiya prezidenti Vladimir Putinin sentyabr ayında Ukraynanın qanunsuz ilhaq etdiyu dörd regionundan biridir. 
 
Xersonun azad edilməsi Ukrayna üçün Xerson vilayəti boyunca hərəkət etməyə, qərbdə Qara dəniz, şərqdə Azov dənizinə çıxmağa imkan yaradıb.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər